Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb.
Görüşdə VI Qlobal
Bakı Forumunun önəmi vurğulanıb, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirilib.
Tədbirin yüksək səviyyədə təşkil edildiyi bildirilərək, Forumun dünyanı narahat edən bir çox məsələləri müzakirə etmək üçün yaxşı platforma olduğu vurğulanıb.