Xəbər lenti



Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib.

 

Spiker Oqtay Əsədov bildirib ki, ötən il dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə makroiqtisadi sabitliyi qorumağa imkan yaradıb.

“Ötən il ölkə iqtisadiyyatı sürətlə inkişaf edib. Azərbaycan əhalisi ötən il təhlükəsiz şəraitdə yaşayıb. Aparıcı beynəlxalq təşkilatlar da ölkəmizin apardığı siyasəti yüksək qiymətləndirib. Davos İqtisadi Forumunun hesabatında ölkəmiz 2 pillə irəliləyib 35-ci yerə yüksəlib.

Ötən il Azəri-Çıraq yatağının istifadə müddətinin uzadılması, Bakı-Tiflis-Qars dəmiryolu xətinin istifadəyə verilməsi iqtisadiyyatımızda növbəti uğur addımdır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı da ötən il üçün xarakterik haldır. Büdcədə qeyri-neft sektorunun payı artıb”, - spiker qeyd edib.

Spiker onu da vurğulayıb ki, ötən il Milli Məclisdə parlamentarilər tərəfindən təkliflər nəzərə alınıb. Millət vəkillərinin 68 təklifi hesabatda cavablandırılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov