Xəbər lenti



Bir sıra ölkələrdən olan beynəlxalq müşahidəçilər öz təəssüratları və Azərbaycanda keçirilən seçkilər, Bakı şəhəri və azərbaycanlılar haqqında danışıblar.

İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiyadan olan müşahidəçilər Bakıda mətbuat konfransında çıxış ediblər.

Bolqarıstanın parlamentinin üzvü Aleksandr Simov:

“Seçkilərin texniki tərkib hissəsi xoşuma gəldi. Xüsusilə, şəffaf seçki qutuları və veb-kameralar. Mən ilk dəfədir ki, Azərbaycandayam, əminəm ki, bir daha buraya qayıdacağam.

Müşahidə zamanı biz qadın seçicilərin yüksək fəallığının şahidi olduq. Əmin olduq ki, qadınlar Azərbaycanda “həqiqi siyasi gücdürlər”.

Avropa parlamentinin deputatı, almaniyalı Udo Foyqt:

“Mən şadam ki, Bakıya gəlmişəm. Bu şəhərlə məni ailəmin tarixi bağlayır. Atam 1945-1949-cu illərdə Bakıda hərbi əsir olub. O, 2001-ci ildə Almaniyada vəfat edib. Bütün ömrü boyu bizə Azərbaycan, onun xalqının mədəniyyəti və təbiətinin gözəlliyi haqqında danışırdı. İndi mən bunu şəxsən hiss edirəm.

Seçkilərə gəldikdə, biz yeddi seçki məntəqəsini ziyarət etdik. Hamısında seçicilərin yüksək fəallığı müşahidə olunurdu”.

Cənub Tirrolya (İtaliya) parlamentində “Liqa Severa” parlament qrupunun prezidenti Luici Nevolla:

“Azərbaycan çox gözəl ölkədir. Seçki məntəqələrindəki müşahidələr zamanı heç bir hüquq pozuntusunun şahidi olmadıq. İnsanlar öz ailələri ilə seçki məntəqələrinə gəlirdilər və səs verirdilər. KİV nümayəndələrinə təzyiq göstərilməyib.

Azərbaycan Avropa Birliyi üçün, xüsusən də İtaliya üçün vacib ölkədir. Biz demokratiyanın nə olduğunu yaxşı bilirik və məhz bu səbəbdən Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyirik”.

Argentina parlamentinin deputatı və vitse-prezident Merkosur Daniyel Ramundo:

“Biz bir sıra seçki məntəqələrində olduq. Şəffaf və demokratik seçkilərin şahidi olduq. Bütün bunlardan başqa, Azərbaycan xalqının mədəniyyəti və qonaqpərvərliyini gördük”.



İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Bu barədə İƏT-in rəsmi saytında məlumat verilib.

Onun sözlərinə görə, aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezident seçkiləri bütün demokratik prinsiplər nəzərə alınmaqla şəffaf və sakit mühitdə keçdi.



Britaniyanın Uçuş Təhlükəsizliyi Mərkəzi “Aeroflot”a məxsus təyyarənin göyərtəsində axtarış aparılmasının səbəblərini açıqlayıb.

Ardını oxu...



"Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında seçki ilə bağlı 1051 material yayımlanıb".

B
unu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

MŞ sədri bildirib ki, media üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini peşəkar şəkildə işıqlandırıb

"Mətbuat Şurası tərəfindən təbliğat xarakterli materialların monitorinqi də aparılıb. 6 telekanalda saat 18:00-dan 01:00-a qədər seçkiqabağı təşviqat kampaniyası aparılıb. Sükut günündə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb. Televiziyalarda prezidentliyə namizədlərlə bağlı, əsasən, müsbət və bitərəf materiallar işıqlandırılıb".

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə 1 müraciət daxil olub. “İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb".


“Beynəlxalq” Seçki Müşahidə Missiyasının Prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Avropada bəzi qurumların tərəfdaşları ilə əməkdaşlığı hansı cür başa düşdüyünü yaxşı bildiyim üçün bəyanatın məhz indiki variantda verilməsi məni təəccübləndirmədi”.

B
unu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Facebook” səhifəsində yazıb.

“Hər şeydən əvvəl bu qədər şişirtmək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Birincisi, Seçki Müşahidə Missiyasının (nə üçün özünü beynəlxalq adlandırır, başa düşmək olmur) özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir. Bəs demokratiya harada qaldı? İkincisi, seçkini müşahidə edənlərdən – Müşahidə Missiyasından dəfələrlə çoxsaylı və nüfuzuna görə heç də aşağı olmayan digər missiyaları saymamaq (başqa tərəfləri saymamaq bu qurumlarda artıq pis vərdişə çevrilib) və əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr haqqında bəyanat kimi yaymaq (bu da köhnə qaydadır) tərəfdaş ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçiminə hörmətsizlikdir.

Əgər Müşahidə Missiyasının bu nümayəndələri hesab edirlərsə ki, bu mövqe milyonlarla seçici tərəfindən qəbul edilər, onlar tam yanılırlar. Belə qərəzli, həqiqətdən uzaq qərar qəbul etməzdən əvvəl, bir az da olsa düşünmək yaxşı olardı” - deyə N. Məmmədov qeyd edib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov