Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abbasova Bəsirə Qurban qızı
Abbasova Kəmalə Məmmədyar qızı
Abdullayeva Nina Vasilyevna
Abdurahmanova Könül Ənvər qızı
Adişova İntizar Calair qızı
Ağabəyova Nərmin Hakim qızı
Ağayeva Xalidə Böyükxan qızı
Alxasova Sevda Ayaz qızı
Allahverdiyeva Müzəyəm Əlqulu qızı
Bayramova Afaq Sabir qızı
Bayramova Aida Ənvər qızı
Bayramova Sədaqət Əflatun qızı
Bayramova Svetlana Qulam qızı
Cəfərova Xanum Valeh qızı
Cəfərova Ziba Cəfər qızı
Dadaşova Rahilə Bəhlul qızı
Eyvazova Kubra Eyvaz qızı
Əhmədova Gülər Səfər qızı
Əhmədova Jalə Kərim qızı
Əhmədova Səbinə Siyavuş qızı
Əliyeva Kəmalə Heydər qızı
Əliyeva Ruxsarə Məcid qızı
Əlizadə Çiçək Sərvər qızı
Əmirova Təranə Mahmud qızı
Əsgərova Nurcamal Nurəddin qızı
Əsgərova Venera Yusif qızı
Əzimova Zülfiyyə Rəhim qızı
Fərəcova Səbinə Miradil qızı
Fətullayeva Dilara Haşım qızı
Hacıyeva Pərvanə Zakir qızı
Hacıyeva Şərafət Qəzənfər qızı
Hacızadə Rəna Sabir qızı
Heydərova Bənövşə Yusif qızı
Həbibova Kəbirə Alay qızı
Həsənova Əminə Səbi qızı
Həsənova Sürəyya Sovet qızı
Həsrətova Rəhilə Qəmbər qızı
Həşimova Həqiqət Cavanşir qızı
Hüseynova Sədaqət Qulu qızı
Xasıyeva Səbinə Bəlyar qızı
Xəlilova Hicran Aydın qızı
İbrahimova Aləmzər Tofik qızı
İbrahimova Məhəbbət Eyvazəli qızı
İbrahimova Məlahət İsmayıl qızı
İsgəndərova Gülər Mahmudağa qızı
İslamova Tacirə Əziz qızı
İsmayılova Sürəyya Əhməd qızı
İsrafilova Firuzə Hüseyn qızı
Kazımova Mehparə Musa qızı
Kərimova Vüsalə Kamil qızı
Kliçova Nairə Rauf qızı
Köçərli Afayət Cümşüd qızı
Qasımlı Şəlalə Qasım qızı
Quliyeva Çiçək Yaqub qızı
Quliyeva Sürayyə İslam qızı
Quliyeva Ulduz Məhərrəm qızı
Quliyeva Zərifə Rzaqulu qızı
Qurbanova Cəmilə Fazil qızı
Lazımova Şəlalə Cəlal qızı
Məmmədova Bənövşə Tahir qızı
Məmmədova Esmira Əşrəf qızı
Məmmədova İradə Nemət qızı
Məmmədova Mahirə Əmir qızı
Mikayılova Tatyana Anatolyevna
Mövsümova Lətifə Əjdər qızı
Murtuzayeva Xatirə Müslüm qızı
Mustafayeva Rəna Rəşid qızı
Mürşüdlü Elmira Zöhrab qızı
Nəbizadə Sevinc Fikrət qızı
Nəsirova Nuranə Tofiq qızı
Nuriyeva Reyhan İmran qızı
Orucova Arzu Vahid qızı
Orucova Mahizər Şəmil qızı
Osmanova Şəhanə Məcid qızı
Rəhimova Gültəkin Seymur qızı
Rəhimova Səfurə Firudun qızı
Sadıxova Sevinc Raqif qızı
Seyidova Nüşabə Mirhəbib qızı
Sədullayeva Sevinc Nəriman qızı
Sultanova Yeganə Teymur qızı
Süleymanova Namidə Abdulla qızı
Süleymanova Ruhiyyə Hüseyn qızı
Şərifova Zümrüd Xəlil qızı
Şirəliyeva Firəngiz Məmməd qızı
Şirinova Esmira Aydın qızı
Yusifova Kamilə Şəmsəddin qızı
Zurnayeva Xanım Qafar qızı.
***
Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar müəllim”
Cavadova Dursun Salman qızı
Qasımova Fəridə Səfər qızı
Quliyeva Nazifə Halay qızı
Quliyeva Səadət Əlisahib qızı
Musayeva Rəhilə Nuhu qızı
Nurullayeva Zenfira İslam qızı
Şixəliyeva Elmira İmaməli qızı
Zeynalova Hüsniyyə Heydərağa qızı
“Əməkdar həkim”
Ağayeva Xırda Yusif qızı
“Əməkdar mədəniyyət işçisi”
Bağırzadə Zemfira Musa qızı
Malışova Sevda Lətif qızı.
***
Prezident İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2018-ci ilin mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur.
Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaratmış və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli mədəniyyətin inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Həsən Turabovun 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
19:14
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev martın 6-da Azərbaycan vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar”.
***
20:00
Prezident İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncamla İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Sərəncamda qeyd olunub ki, ölkədə vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədilə bugünədək 12 “ASAN xidmət”, 2 “ASAN Kommunal” və 3 “ABAD” mərkəzinin fəaliyyəti təşkil edilib. Vahid standartlar çərçivəsində idarə olunan mərkəzlərin fəaliyyəti ilə əlaqədar 3 minədək vətəndaşın məşğulluğu təmin edilib, 13 mindən çox gənc mərkəzlərdə könüllü fəaliyyətinə cəlb edilib.
“ASAN Həyat” kompleksləri tərkibində yeni iş yerləri yaradılıb, “ABAD” mərkəzləri özünüməşğulluq proqramlarının icrasına öz töhfəsini verib. Ümumilikdə, “ASAN” mərkəzləri vasitəsilə 19 milyondan çox vətəndaş müraciəti cavablandırılıb, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu daima yüksək səviyyədə saxlanılıb.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 21; 2008, № 6, maddə 496; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 636) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin şəkilaltı yazılarında “SGGD” abreviaturası “SM” abreviaturası ilə əvəz edilsin”.