Xəbər lenti



Bu gün növbəti yeddi il müddətinə Azərbaycanın prezidenti seçilmiş İlham Əliyevin inaqurasiya mərasiminin ardınca Nazirlər Kabineti tam tərkibdə istefaya getdi.

Bəs, qanunvericilikdə Nazirlər Kabineti ən gec hansı müddətə qədər formalaşmalıdır?

Prezident baş naziri öz vəzifəsinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir.

Yəni prezident andiçmədən sonra iki həftə müddətində baş nazirin namizədliyini Milli Məclisə təqdim edir və bir ay müddətində baş naziri təyin edir.

Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir.

Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Prezidenti baş naziri Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

Nazirlər Kabinetinin tərkibinə baş nazir müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri də daxildirlər.

Bəs, bu, vitse-prezidentlər və nazir müavinlərinə də şamil ediləcəkmi?

Hüquqşünas Əliməmməd Nuriyev Axar.az-a açıqlamasında bildirib ki, nazir müavinləri hökumətin tərkibinə daxil olmadığı üçün onlar istefaya getmirlər:

“Təbii ki, söhbət baş nazir, baş nazirin müavinləri və Nazirlər Kabinetinin üzvü olan nazirlərdən getmir. Yəni istefaya hökumətin tərkibinə daxil olan şəxslər göndərilir. Digər vəzifəli şəxslər, o cümlədən, nazir müavinləri bu siyahıya daxil deyillər. Çünki bütün nazirlər və icra hakimiyyətinin rəhbərlərinin hamısı Nazirlər Kabinetinin üzvü deyil. Digər qurumlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Eyni zamanda, cənab prezident tərəfindən Nazirlər Kabinetinin yeni tərkibi təsdiq edilənə qədər müvəqqəti olaraq bütün vəzifələrin icrası elə həmin vəzifəni daşıyan şəxslərə tapşırılıb. Kabinet təsdiq olunduqdan sonra kimlərin yeni tərkibə düşəcəyinə birbaşa ölkə başçısı qərar verəcək”.

Vitse-prezidentlərin təyini məsələsinə gəldikdə isə hüquqşünas vurğulayıb ki, Birinci vitse-prezident və vitse-prezidentlər hökumətin tərkibinə daxil olmadığı üçün onların təyinatı ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulmayıb:

“Çünki birinci vitse-prezident və vitse-prezidentlərin andiçmə mərasimindən sonra istefaya getməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma yoxdur və Nazirlər Kabinetinin tərkibinə daxil deyillər. Eləcə də bu Prezident Administrasiyasındakı vəzifəli şəxslərə də aid deyil”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib və o, yeni müddət üçün səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Prezidentin sərəncamı ilə hazırda Nazirlər Kabinetinin tərkibinə daxil olan qurumları onların əvvəlki rəhbərləri əvəzedici kimi idarə edirlər.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Ardını oxu...



Bakı Metropoliteninin “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb.

Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.

Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMN) ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələri və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələri xahiş edilir.

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləvğ ediləcək.

 

ABŞ prezidenti Donald Tramp, Koreya lideri Kim Çen Inla şəxsən danışıqlar apardığını bildirirb.

dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp Şimali Koreyaya hörmət etdiyini deyib.

"Onlar (KXDR rəsmiləri) bizə hörmət edirlər. Biz də onları hörmətlə qarşılayırıq ... Biz oğurlanmış vətəndaşların məsələsini qaldıracağıq. Problemi həll etmək zamanı gəldi ", deyə Tramp açıqlayıb.



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov