"Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında seçki ilə bağlı 1051 material yayımlanıb".
Bunu
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
MŞ sədri bildirib ki, media üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini peşəkar şəkildə işıqlandırıb
"
Mətbuat Şurası tərəfindən təbliğat xarakterli materialların monitorinqi də aparılıb. 6 telekanalda saat 18:00-dan 01:00-a qədər seçkiqabağı təşviqat kampaniyası aparılıb. Sükut günündə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb. Televiziyalarda prezidentliyə namizədlərlə bağlı, əsasən, müsbət və bitərəf materiallar işıqlandırılıb".
Ə.Amaşov qeyd edib ki,
Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən
Mətbuat Şurasının “qaynar xətt”inə 1 müraciət daxil olub. “İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb".