Xəbər lenti



Bir sıra ölkələrdən olan beynəlxalq müşahidəçilər öz təəssüratları və Azərbaycanda keçirilən seçkilər, Bakı şəhəri və azərbaycanlılar haqqında danışıblar.

İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiyadan olan müşahidəçilər Bakıda mətbuat konfransında çıxış ediblər.

Bolqarıstanın parlamentinin üzvü Aleksandr Simov:

“Seçkilərin texniki tərkib hissəsi xoşuma gəldi. Xüsusilə, şəffaf seçki qutuları və veb-kameralar. Mən ilk dəfədir ki, Azərbaycandayam, əminəm ki, bir daha buraya qayıdacağam.

Müşahidə zamanı biz qadın seçicilərin yüksək fəallığının şahidi olduq. Əmin olduq ki, qadınlar Azərbaycanda “həqiqi siyasi gücdürlər”.

Avropa parlamentinin deputatı, almaniyalı Udo Foyqt:

“Mən şadam ki, Bakıya gəlmişəm. Bu şəhərlə məni ailəmin tarixi bağlayır. Atam 1945-1949-cu illərdə Bakıda hərbi əsir olub. O, 2001-ci ildə Almaniyada vəfat edib. Bütün ömrü boyu bizə Azərbaycan, onun xalqının mədəniyyəti və təbiətinin gözəlliyi haqqında danışırdı. İndi mən bunu şəxsən hiss edirəm.

Seçkilərə gəldikdə, biz yeddi seçki məntəqəsini ziyarət etdik. Hamısında seçicilərin yüksək fəallığı müşahidə olunurdu”.

Cənub Tirrolya (İtaliya) parlamentində “Liqa Severa” parlament qrupunun prezidenti Luici Nevolla:

“Azərbaycan çox gözəl ölkədir. Seçki məntəqələrindəki müşahidələr zamanı heç bir hüquq pozuntusunun şahidi olmadıq. İnsanlar öz ailələri ilə seçki məntəqələrinə gəlirdilər və səs verirdilər. KİV nümayəndələrinə təzyiq göstərilməyib.

Azərbaycan Avropa Birliyi üçün, xüsusən də İtaliya üçün vacib ölkədir. Biz demokratiyanın nə olduğunu yaxşı bilirik və məhz bu səbəbdən Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyirik”.

Argentina parlamentinin deputatı və vitse-prezident Merkosur Daniyel Ramundo:

“Biz bir sıra seçki məntəqələrində olduq. Şəffaf və demokratik seçkilərin şahidi olduq. Bütün bunlardan başqa, Azərbaycan xalqının mədəniyyəti və qonaqpərvərliyini gördük”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov