"Azərbaycanda 11 aprel 2018-ci il tarixində növbədənkənar prezident seçkiləri keçirilib. İlham Əliyev dördüncü müddətə Azərbaycan prezident seçilib" Bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə xidmətinin yaydığı bəyanatda bildirilib.
“
ATƏT DTİHB müşahidə missiyasının qeyd etdiyi kimi Azərbaycan rəhbərliyi beynəlxalq müşahidəçilərə pozitiv münasibət göstərib və onlar seçki zamanı azad şəkildə fəaliyyət göstərə biliblər ki, bu da konstruktiv addımdır.
Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə xidməti ümid edir ki, Azərbaycan tərəfi
ATƏT DTİHB-nin bu və daha əvvəlki seçkilərlə bağlı tövsiyələrinə diqqət yetirəcək və
Avropa İttifaqı bu prosesdə kömək etməyə hazırdır.
Avropa İttifaqı (Aİ) prezidentin yeni səlahiyyət müddətində Azərbaycan xalqının, həmçinin Azərbaycan və
Avropa İttifaqı arasında münasibətlərin lehinə bu ölkə ilə dialoq və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid edir”,- deyə bəyanatda qeyd edilib.