Xəbər lenti



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

bu barədə Türkiyə mətbuatına istinadla xəbər yayır.

Söhbət əsnasında Suriyadakı vəziyyət dəyərləndirilib. Ağ Evdən verilən açıqlamada iki liderin problemlərlə əlaqədar olaraq bir-biri ilə əkaqədə olacaqları bildirilib.


Bu gün keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.

xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

23:05

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

 xəbər verir ki, MSK sədrinin sözlərinə görə, seçkinin ilkin nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 86,09 faiz

Qüdrət Həsənquliyev – 3,4  faiz

Sərdar Cəlaloğlu – 2,97  faiz

Zahid Oruc – 3, 07 faiz

Hafiz Hacıyev – 1,51  faiz

Araz Əlizadə – 1,4  faiz

Fərəc Quliyev – 1,18  faiz

Razi Nurullayev – 0, 74 faiz



Bakı. 10 aprel. / Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu işə başlayıb. 

“Report” xəbər verir ki, tədbiri AHK-nin Azərbaycan üzrə icraçı direktoru Tobias Baumann açıq elan edib.

Biznes-forumda iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin İqtisadi Attaşesi Heike Möckel qeyd edib ki, Almaniya və Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar var. O vurğulayıb ki, tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirmək və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.

"AHK Azərbaycan"ın İdarə Heyətinin üzvü isə Malik Kərimov Azərbaycan və Almaniya arasında tibbi münasibətlərin tarixindən danışıb.

Biznes-forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Berlin biznes və texnologiya tərəfdaşı" GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir. Forum zamanı iştirakçılar yeni biznes imkanları əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx əməkdaşlığının bir hissəsi olaraq şəbəkələrini genişləndirə bilərlər.

Qeyd edək ki, Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, həyata keçirilən zəruri proqramlar, layihələr və qabaqcıl texnologiyaların tətbiqi, yeni kadr potensialının hazırlanması Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir.





Bakı. 10 aprel./ Ölkənin “İnnovator Bank”ı ünvanını illərdir qoruyub saxlayan “Bank of Baku” ilin ən möhtəşəm kampaniyasına - "Əmək haqqının 15 mislinədək Nağd pul krediti və 15% endirim"ə start verir.

Fəaliyyəti dövrü ərzində müştəri məmnuniyyətinə dəyər verən və daima onun qorunması üçün müxtəlif yeniliklərə imza atan bank bu dəfə də elan etdiyi kampaniya ilə onların sevincinə səbəb olacaq.

Belə ki, kampaniya dövrü ərzində kredit almaq üçün banka müraciət etmiş hər bir şəxs, rəsmi əmək haqqı məbləğinin 15 mislinədək - 20.000 AZN-dək kredit əldə edə bilər. Məsələn, aylıq əmək haqqı 600 AZN olan şəxslər 9.000 AZN-dək kredit ala bilərlər.

Qeyd edək ki, maaş kartı digər banklara aid olan müştərilərin də bu kampaniyadan faydalanmaq imkanı var.

Kampaniyanın bir digər möhtəşəmliyi isə illik faiz dərəcəsinə 15% ENDİRİMin tətbiq edilməsidir. Yəni, kredit əldə etmiş şəxslər illik faiz dərəcəsinin 15%-i həcmində endirim əldə edəcəklər.

Müştərilərə həmçinin, gəlirdən asılı olaraq 15.000 AZN-dək zaminsiz kreditləşmə və çevik rəsmiləşdirmə imkanı da təqdim olunur.

Qeyd edək ki, kampaniyadan Azərbaycan Respublikası ərazisində yaşayan və qeydiyyatda olan hər kəs faydalana bilər.

Kampaniya 30 aprel 2018-ci il tarixinədək keçərlidir.

Kampaniya haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

 


Həm ölkədaxili, həm də ölkə xaricində olan xainlər istisnasız olaraq məsuliyyətə cəlb olunana kimi, bütün təhdidlər tam aradan qalxana kimi, Ankara Fətullah Gülənin terrorçu hərəkatına qarşı  qətiyyətli mübarizəni davam etdirəcək.“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qırğızıstanlı həmkarı Soorobay Jeenbekovla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.  

Ərdoğan deyib ki, Gülən hərəkatı təkcə Türkiyə üçün deyil eyni zamanda digər ölkələr o cümlədən, Qırğızıstan üçün real təhlükə yaradır.

“Bu cinayətkar təşkilatın məhv edilməsi bilavasitə dövlət başçılarının vəzifəsidir”, - deyə Türkiyə lideri vurğulayıb.

“Tam əminəm ki, Qırğızıstan prezidenti Gülən tərəfdarlarının fəaliyyətinin qarşısını almaq üçün çevik və qətiyyətli addımlar atacaq. Ankara öz növbəsində Bişkekə bütün lazımi yardımı göstərməyə hazırdır”, - deyə Ərdoğan  vurğulayıb.



Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetinin nümayəndə heyəti aprelin 9-da Azərbaycana akademik səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar edilib, ətraflı məlumat verilib.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən averilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:05:02-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, dərinliyi 46 kilometr olub. Yeraltı təkanlar hiss olunmayı



11 aprel növbədənkənar prezident seçkilərinə cəmi iki gün qalır.

 xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Qeyd edək ki, səsvermə hüququna malik olan seçicilərin böyük əksəriyyətinin ayın 11-də seçki məntəqələrinə gələrək, istədikləri namizdə səs vermələri gözlənilir.

Bəs görəsən, ölkənin tanınmış, məşhur simaları və rəsmi şəxsləri harada və hansı seçki məntəsəsində səsvermə hüququndan istifadə edəcəklər?

Ölkə Prezidenti, hazırda səkkiz prezidentliyə namizəddən biri olan İlham Əliyev bu günə kimi, eləcə də, sonuncu 26 sentyabr 2016-cı il referendumunda Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.

Ölkə başçısının ailə üzvləri ilə birlikdə yenə həmin seçki məntəqəsində səs verəcəkləri gözlənilir.

Baş nazir Artur Rasi-zadə qeydiyyatda olduğu 16 saylı Yasamal ikinci Seçki Dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcək.

Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin bu dəfə də  29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcəyi bildirilir.

Milli Məclisin (MM) sədri Oqtay Əsədov isə Bakının 7 saylı məktəbində yerləşən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.



Bakı. 9 aprel./ Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda olublar. 

Bu barədə  AMEA-dan məlumat verilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qonaqlara elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, aparılan elmi tədqiqat işləri, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər, elmi nəşrlər və kitablar barədə məlumat verib.



Bakı. 9 aprel./ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı müəyyən edilmiş Palatanın daxili Əməliyyat Planında icrası mart ayında tamamlanan və aprel ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, mart ayı ərzində icrası tamamlanmış tədbirlər xüsusən maliyyə bazarlarının inkişafı, habelə institusional yeniliklərin edilməsi ilə bağlı olub. Maliyyə bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının optimizasiyası və listinqin stimullaşdırılması işləri aparılıb, sektor nümayəndələri və dövlət qurumları ilə müxtəlif müzakirələr təşkil olunub. İclasda mart ayının 15-də sektorda yeni institutun - Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulduğu və geniş ictimaiyyətin istifadəsinə verildiyi qeyd olunub. Yeni institutun fəaliyyəti ilə bağlı məruzədə Reyestrin fəaliyyətinin ilk günlərindən yüklülüklə bağlı aktivliyin olduğu, habelə reyestrin iş prinsipi üzrə maarifləndirici tədbirlərin görülməsi davam etdirdiyi diqqətə çatdırılıb. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə müsbət töhfə verəcəyi bildirilib.

İclasda, həmçinin növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov