Xəbər lenti



"Təkbaşına bir ildə bəlkə də böyük bir beynəlxalq təşkilatın işini görüb..."


Gözəl və zərif cinsin nümayəndələri artıq çoxdan sübut ediblər ki, dünya problemlərinin həlli təkcə kobud, möhkəm, zəhmli kişi ağlına yox, həm də incə, zərif və mərhəmətli qadın ürəyinə tabedir.
Bəzən deyirlər ki, guya qadın və siyasət bir yerdə uyğun olmayan fərqli məfhumlardır. Lakin bəşəriyyət tarixi və yaşadığımız müasir dünya reallıqları bu yanaşmanın tamamilə yanlış olduğunu göstərir.
Çünki qarşılaşdığımız problemlərin mütləq əksəriyyəti qadın və kişilərin problemləri deyil, ümumi müşkülatlardır və onların həlli birgə yanaşmanı tələb edir.
 
Azərbaycan İslam dininə etiqad edən ölkə olsa da, burada qadın azadlıqları, qadınların hüquqları məsələsi heç də islamda olduğu kimi Cahiliyyə dövrü və ondan sonrakı İslam sivilizasiyasının meydana gəlməsi ilə əlaqələndirilə bilməz. Azərbaycan dünyanın ən qədim sivilizasiya məskənlərindən biridir və sivilizasiya birtərəfli qaydada, cəmiyyətdə yalnız kişilərin üstünlüyü şəraitində inkişaf edə bilməzdi.
 
Strabon, Herodot kimi Antik dövr yazarlarının və onlardan sonrakı tarixçilərin, səyyahların, mütəfəkkirlərinin əsərlərində, Qədim Roma, ərəb, erkən və orta əsr xristian mənbələrində biz həm də hökmdarların kölgəsi kimi daima onların yanında olan, öz müdrik tövsiyələri ilə dövlətin idarəçiliyində müsbət rol oynayan qadın obrazları görürük.
 
Belə ağıllı, müdrik, dövlətin sabit inkişafını, tərəqqisini istəyən və bu yolda əzmlə çalışan qadınlar hər zaman olub. Bu, həm Şərqdə, həm Qərbdə olub. Cəmiyyət də onları bir çox sahələrdə olduğu kimi siyasətdə də bərabərhüquqlu iştirakçı, hətta lider kimi qəbul edib. Çünki siyasət həm fiziki güc tələb edən peşə olmaqla hökmdarın və ordunun döyüşə getməsini, torpaqlar fəth etməsini zəruri etdiyi qədər ağıl, müdriklik, vaxtında və düzgün qərar qəbul edilməsini tələb edən bir sahə olaraq qadınların da iştirakını zərurətə çevirirdi.
 
Bu həm Şərqdə, həm Qərbdə qəbul olunmuş bir qayda idi. İngiltərə, Rusiya kimi imperiyalar öz qüdrətinin kuliminasiya zirvəsinə məhz qadın kraliçaların, imperatriçaların zamanında çatmışdı. İngiltərə tarixində Viktoriya epoxası, Tetçerizm, Rusiyada Yekaterina dövrü var.
Eynilə, Fransa, Almaniya tarixində də olan ənənələr bu gün də davam edir.
 
İsrail Altıgünlük müharibəni Qolda Meyrin baş nazirliyi dövründə uddu. Milli köklər və ənənələr baxımından bizə daha yaxın olan Osmanlı imperiyasında isə hökmdarların həyat yoldaşları, anaları xüsusi söz sahibi idilər. "Qadınlar səltənəti" adlanan dövr Osmanlı tarixinin xüsusi dövrünü təşkil edir. Bizim qürur yerimiz olan Ağqoyunlu (Bayandurlu) dövlətinin diplomat xanımı Sara Xatun isə türk dünyasının iki qüdrətli arasında müharibənin qarşısını almış, Trabzon imperiyasının xəzinəsini bölərək Azərbaycana gətirmişdir. Bu cür misalları çox uzatmaq olar. Lakin ölkəmizin Rusiya tərkibinə qatılmasından sonra dövlətdə qərar qəbuletmə mexanizmi əvvəlcə çara, sonra isə birpartiyalı sistemə aid olduğundan qadınların rolu simvolik xarakter daşımışdır.
 
Azərbaycanın müstəqillik qazanması bir sıra məsələlərdə olduğu kimi qadınların siyasətdə rolunun artması məsələsinə də öz təsirini göstərdi. Lakin ilk onillikdə qanunvericilik və icra orqanlarında qadınlar bərabərhüquqlu şəkildə təmsil olunsa da, ölkəmizin siyasi elitasında nüfuzlu, siyasi proseslərdə aktiv iştirak etmək potensialı olan qadınlar demək olar ki, yox idi.
 
Məhz Mehriban xanım Əliyevanın siyasi proseslərə qoşulması bu stereotipləri aradan qaldırdı. Onun siyasi elitanın praqmatizmi və humanizmi özündə birləşdirən müdrik siyasətçi kimi fəaliyyəti, prezidentin və xalqın ona olan etimadı doğrultması ölkənin ikinci şəxsinə çevrilmək haqqı verdi.
 
Mehriban Əliyevanın ölkə daxilində və xaricində fəaliyyəti ən həssas, ağır sahələri əhatə edir. O, ölkə xaricində, o cümlədən erməni diasporunun fəal olduğu ölkələrdə ermənilərin anti-Azərbaycan təbliğatını alt-üst edir, Azərbaycanın ermənilərin təbliğ etdiyi kimi barbar ölkə olduğunu yox, yüksək mədəniyyətin beşiyi olan müasir dövlət olduğunu məhz ermənilərin və onların havadarlarının qəlbinə öz fəaliyyəti ilə xəncər kimi saplayır. ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının üzvü, illərlə  anti-türk və anti-Azərbaycan siyasəti ilə seçilmiş, Dağlıq Qarabağın  qondarma rejimi ilə qardaşlaşmış şəhərlər  adı altında əməkdaşlıq edən Fransanın mərkəzində ölkəmizin təbliğatını qurmaq, bu işdə şəxsən iştirak edərək Fransanın ən nüfuzlu siyasətçilərini Azərbaycanın dostuna çevirmək məhz Mehriban xanımın fəaliyyətinin nəticəsidir.
 
Ermənilərin illərlə xaricdə apardığı anti-Azərbaycan təbliğatı puç edən də məhz Mehriban xanımdır. Onun fəaliyyəti həm də dünya siyasətində böyük nüfuza malik olan güc mərkəzi, Avropa ölkələrinə və ABŞ-ın siyasətinə təsir imkanları olan Vatikanla yaxınlıqdır.
Mehriban Əliyevanın fəaliyyəti həm dünya siyasətində, həm Azərbaycan diplomatiya tarixində yeni bir istiqamətdir. Bu, humanizm, müdriklik, praqmatizm, eyni zamanda, gözəllik, zəriflik və cəsarətin harmoniyasından ibarət olan unikal bir məktəbdir.
 
Daxili siyasətdə də onun fəaliyyəti eynilə humanizm və insanpərvərlik prinsiplərinə əsaslanır. Çoxsaylı amnistiya təşəbbüsləri, qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı, maddi və qeyri-maddi mədəni irsimizin dünya miqyasında təbliği və nüfuzlu təşkilatların irsi siyahısına daxil edilməsi, mədəniyyətin və təhsilin inkişafının dövlətin və Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi, himayədən məhrum olunmuş uşaqlara və gənclərə qayğı bilavasitə Mehriban xanımın fəaliyyətinin nəticəsidir.
 
Onun fəaliyyəti dünya siyasətində yeni bir cərəyanın əsasını qoyub. Bu, Şərq və Qərbin ümumbəşəri dəyərlərini, cəsarət və müdrikliyi, gözəllik və cəsarəti özündə birləşdirən fenomenal bir şəxsiyyətin unikal vəhdətinin gözəl bir qadında, ictimai və siyasi xadimdə, ən əsası Azərbaycan qadınında parlaq təzahürüdür. Birinci vitse-prezident kimi fəaliyyətinin bir illiyinin tamam olmasının nəticələrinə nəzər saldıqda isə onun təkbaşına bu müddətdə bəlkə də böyük bir beynəlxalq təşkilatın işini gördüyünü şahidi oluruq. Vətənpərvər, qayğıkeş xalqını sevən bir qadın ürəyinin isə bunlara qadir olduğunu məhz Mehriban xanım öz fəaliyyəti ilə sübut edib.
 
Nəzakət Məmmədova, politoloq



2018-2019-cu tədris ili üçün Bakı şəhəri üzrə orta məktəblərin I sinfinə qəbul başlayıb.

Elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.

Vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (tel:146) zəng etməklə, suallarına aydınlıq gətirə bilərlər.

2018-2019-cu tədris ili üzrə Bakı şəhəri üzrə I sinfə 51 000-dən çox uşağın qəbulu gözlənilir.

Qeyd edək ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda I sinfə qəbul martın 12-də başlayır.



Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində rəsmi dövlət qəzeti “Azərbaycan”ın nəşr etdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. 

Ardını oxu...



Türkiyədə məskunlaşma ərazilərində keçiriləcək əməliyyatlarda ehtiyac olacağı halda jandarma və polis xüsusi təyinatlı dəstələrinin “Zeytun budağı” əməliyyatına cəlb olunmasına qərar verilib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov