![]() |
Azərbaycan nümayəndəsi və Qarabağ ermənilərinin Rusiya sülhməramlı komandanlığının iştirakı ilə görüşü keçirilib.
APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.
Görüşün bu günlərdə baş tutduğunu qeyd edən Rusiya XİN başçısı məsələnin yaxın vaxtlarda həllini tapacağını düşündüyünü vurğulayıb.
Prezident İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.
Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.
Yeni naziri kollektivə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
BŞİH-nin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib. İşıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılovun hazırlıqla bağlı çəkdiyi fotoları təqdim edirik:
"Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir".
Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Rusiya ordusu Ukraynanın Dnepr bölgəsinə raket hücumu həyata keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.
Açıqlamada hücumda 9 mərtəbəli bir binada ağır dağıntıların olduğu, biri uşaq olmaqla 12 nəfərin öldüyü bildirilib.
Raket hücumu nəticəsində 73 nəfərin yaralandığı, dağıntılar altındakı ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib. Yaralanan mülki vətəndaşlardan 14-nün uşaq olduğu paylaşılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumu terror kimi qiymətləndirib.
***
Ukraynanın Dnepr şəhərinə edilən raket hücumunda ölənlərin sayı artıb.
Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağılmış hündürmərtəbəli binadan 38 nəfər, o cümlədən 6 uşaq xilas edilib. Dağıntılar altında biri uşaq olmaqla 18 nəfər ölüb, 14-ü uşaq olmaqla 73 nəfər yaralanıb.
***
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə həyata keçirdiyi raket hücumunda həlak olan mülki vətəndaşların sayı 20-yə yüksəlib.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko öz teleqram hesabında məlumat paylaşıb.
***
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərindəki hündürmərtəbəli binaya raket atması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.
Bildirilib ki, ölənlərdən 2-si uşaqdır. 72 nəfər isə xəsarət alıb.
Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası davam edir.
bizimaz..az xəbər verir kİ, bu gün Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb ilə aksiyanın 36-cı günüdür.
Havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları mübarizəni davam etdirir. Ənənəvi olaraq İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Hər iki istiqamətdə Azərbaycan bayrağı dalğalanır.
Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı üç dildə (Azərbaycan, rus və ingilis dillərində) plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.
İsmayıl Alısoy
"İsveç və Finlandiya 130-a yaxın terrorçunu Ankaraya təhvil verməkdən imtina edib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada çıxışı zamanı bildirib.
O, Türkiyənin Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq ərizələrini ratifikasiya etməkdən imtina etməsini bununla izah edib. Türkiyə liderinin çıxışı yerli televiziya ilə yayımlanıb.
İsveç və Finlandiyaya dedik: Sizin NATO-ya üzvlüyünüzü təsdiqləmək üçün bizə 130-a yaxın terrorçunu ekstradisiya etmək lazımdır. Təəssüf ki, bu edilmədi ”, - Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Ankara xüsusilə Türkiyədə həbs cəzası alan jurnalist Bülənt Keneşin ekstradisiyasını tələb etsə də, Stokholm bundan imtina edib.
2022-ci ilin may ayında Stokholm və Helsinki NATO-ya üzv olmaq üçün ərizə verdi. Sənədlər Alyansa üzv olan 30 ölkənin hamısı tərəfindən ratifikasiya edilməli idi. Hələlik bunu yalnız Türkiyə və Macarıstan etməmişdir.
Bundan əvvəl “Le Figaro” qəzeti yazıb ki, Türkiyə İsveçin Kürdüstan Fəhlə Partiyasına (PKK) sadiqliyinə görə İsveçin NATO üzvlüyünü indiki formada ratifikasiya edə bilməz . Ankaranın İsveçdə Türkiyədə qadağan olunmuş PKK-ya yaxın bir qrup tərəfindən yaradılmış, prezident Ərdoğanın asılaraq "diktator" kimi xatırlandığı video montajı pisləməsindən sonra qərarın qarşısı alınıb.
Xəbər verdiyimiz ki, yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.
Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 31 ili tamam olur.
Diplomatik münasibətlər 1991-ci ilin noyabrın 9-da qardaş ölkənin Azərbaycanın müstəqilliyini tanımasından bir neçə ay sonra - 1992-ci il yanvarın 14-də qurulub.
Həmin ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi açılıb. 1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində, 2004-cü ilin aprelində isə Qars şəhərində Baş konsulluqlar təsis edilib. Eyni zamanda Türkiyənin Bakıda Səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
Azərbaycanın Türkiyədəki Səfirliyi isə 1992-ci ilin avqust ayında açılıb.
Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri iki qardaş dövlətin əlaqələrinin təməlində dayanır. Müasir dövrdə etibarlı strateji tərəfdaş olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin prioritetlərindəndir.
Bakı-Ankara əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf etdirilir. İki dövlət liderlərinin - Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın ənənə halını almış qarşılıqlı səfərləri ölkələr arasında əlaqələrin inkişafında, habelə qarşılıqlı inteqrasiyasında mühüm rol oynayır.
Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və Ermənistanın tarixi ərazilərimizi 30 il işğal altında saxladığı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək verib.
Həmçinin, keçirilən birgə hərbi təlimlərlə dostlara inam, düşmənə gözdağı verməkdə davam edir. Xatırlatmaq yerinə düşər ki, təkcə ötən il təxminən 20 birgə hərbi təlim keçirilib. Bu təlimlərlə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Eləcə də Azərbaycan Ordusunun Türkiyə modelinə, NATO standartlarına uyğunlaşması prosesi uğurla davam edir.
Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində Azərbaycanın tarixi mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Beləliklə, Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olublar. “Şuşa Bəyannaməsi” həmçinin, dərin və hərtərəfli xarakterə malik Azərbaycan-Türkiyə əlaqələrinin növbəti mərhələyə qaldırılması deməkdir. “Şuşa Bəyannaməsi”ndən irəli gələrək Azərbaycan-Türkiyə münasibətləri yeni dönəmin reallıqlarına uyğun olaraq hər sahədə daha da inkişaf edir və dərinləşir. Bu məqsədlə bütün dövlət qurumlarımız türkiyəli həmkarları ilə əməkdaşlığı “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun formada həyata keçirir.
“Şuşa Bəyannaməsi”nin doğurduğu praktiki nəticələr artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar atılır. Digər dövlət qurumları da gündəliklərini “Şuşa Bəyannaməsi”nin tələblərinə uyğunlaşdırırlar.
Bu gün Azərbaycan-Türkiyə birgə əməkdaşlığı təkcə ikitərəfli münasibətlərə deyil, həm də regional təhlükəsizliyə, sabitliyə töhfə verir. Xüsusilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində rəsmi Ankaranın səmimiyyəti və qətiyyəti Cənubi Qafqazdakı sülh idealı üçün mühüm əhəmiyyət daşıyır.