Xəbər lenti



Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə səadət və firavanlıq arzulayıram.

Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün dünyada mültikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir. Cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.

 

Əziz dostlar!

Milad bayramı yeniliyin, paklığın, mərhəmət və xeyirxahlıq duyğularının rəmzidir. Bu müqəddəs gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".



Qarabağda bizim qardaşlarımız var. Qardaşlarımızın olduğu hər yerdə Türkiyə var.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, Türkiyənin özünün yaratdığı bir raketi belə yox idi. İndi bu raketləri özümüz hazırlayırıq.



 Səudiyyə Ərəbistanı bu qadağanı Ronaldoya şamil etməyib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti evli olmayan cütlüklərin eyni evdə yaşamasına icazə vermir. 

 Lakin bu qadağa Ronaldo və Corcina cütlüyünə aid olmayacaq. Məsələ klub rəsmilərinin Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizdən aldıqları xüsusi icazə ilə həll olunub.
 
Nəticədə Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges paytaxt Ər-Riyaddakı evlərində uşaqları ilə birlikdə yaşaya biləcəklər.


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirirlər.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, artıq 25-ci gündür davam edən aksiyada iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

 Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Kamaləddin Qafarov: “ Hər bir soydaşımız Vətənimizin inkişafına töhfə verməlidir”

“Bu gün suveren Azərbaycan Respublikası dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən, onların milli-mənəvi varlığını yaşadan yeganə dövlətdir. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Millət vəkili bildirib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanladı. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və indi bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq doğma Azərbaycanın inkişafına, Vətənimizin dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc bilir.”

Deputat qeyd edib ki, bu gün dünya azərbaycanlılarının yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamaları ümumxalq mənəvi-ideoloji birliyin bir təzahürüdür: “Hazlrda bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində effektiv tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Ümummilli lider H.Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji, siyasi köməyi böyük rol oynayır. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz Vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin əsası kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi də məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Həmrəylik gününün qeyd edilməsi bu gün bütün dünya azərbaycanlıları üçün bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Diqqətəlayiq haldır ki, Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur”.

Kamaləddin Qafarov Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimizin bu gün Prezident İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdiyini vurğulayaraq deyib: “Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində müasir dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Bu ilin aprel ayının 22-də qədim Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V qurultayı isə Zəfər qurultayı kimi Milli birlik və həmrəyliyimizin ən böyük təntənəsi oldu.”
Deputat sonda deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman öz Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsi zamanı dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə böyük fəallıq göstərdilər, daha sıx birləşdilər”.
 
 


"Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən görüşdə Qarabağdakı vəziyyəti ətraflı müzakirə ediblər".
 
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, bildirib ki, Rusiya Federasiyası vasitəçilik səylərini davam etdirir və ilk növbədə, üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməklə bu istiqamətdə addımlamaq niyyətindədir: "Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən görüşdə Qarabağdakı vəziyyəti ətraflı müzakirə ediblər".
 
Günel


Rusiya ordusu havadan və dənizdən qanadlı raketlərlə müxtəlif istiqamətlərdən Ukraynaya hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının “Telegram” kanalında yayılan məlumatda bildirilir.

 Qeyd edilir ki, hazırda taktiki təyyarələrinin yüksək fəallığı müşahidə olunur.

Hərbi Hava Qüvvələri ukraynalıları sığınacaqlarda qalmağa çağırıb.

Rusiya raketinin Sumı vilayəti ərazisi üzərində məhv edilməsi barədə də məlumat yayılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov