Xəbər lenti



“Türklərin gücünü dünyaya nümayiş etdirən Azərbaycan ordusuna heç kimin pis gözlə baxmasına icazə verməyəcəyik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.

"Azərbaycan hamının yaxşı bildiyi, lakin dünyanın eşitmək, görmək istəmədiyi çox ciddi qırğınlara və qətllərə məruz qalıb. Bu hadisələr baş verərkən Avropa İttifaqı, NATO, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı təəssüf ki, həmin məsələlərə toxunmadı. Onlar heç bir həssaslıq, maraq göstərmədilər, lazımi tədbir görmədilər. Rusiyanın həmsədr olduğu keçmiş MINSK Qrupu da bu mövzulara son dərəcə laqeyd münasibət göstərdi”,-deyə Akar vurğulayıb.

O, qeyd edib ki, Türkiyə azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırdı:

“Biz savaşmaq üçün deyil, onun qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov