Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı, heykəltaraş, “Şərəf”, “İstiqlal”, 1-ci dərəcəli “Əmək” və “Heydər Əliyev” ordenlərinin sahibi Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib. 

O, bu barədə instaqram hesabında paylaşım edib. 

 

"Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə, MEHRİBAN", - deyə paylaşımda qeyd olunur.

 
BAKU.WS
VİDEO