Xəbər lenti



“Ağdam şəhərində yolların və kommunikasiya şəbəkəsinin tikintisi Azərbaycanda ilk dəfə olaraq vahid konsepsiya əsasında həyata keçirilir”.

 

“Report” xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Artıq layihələndirmə yekunlaşıb, ekspertiza da yekunlaşmaq üzrədir. Biz gözləyirik ki, bu ay tender prosedurlarını həyata keçirməyə başlayacağıq. Eyni qayda ilə Füzuli şəhərində və digər yaşayış məntəqələrində də yol və kommunikasiya layihələri icra olunacaq”, - deyə o qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov