Xəbər lenti



Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi köməkçisi İbrahim Kalınla görüşüb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Akkuyu AES-də yanacağın doldurulma mərasiminə hazırlıq müzakirə olunub.

“Doğrudan da belə bir görüş oldu. Akkuyu da daxil olmaqla, ölkələrimiz arasında gündəmdə olan böyük layihələrin icrası müzakirə edilib. Yanacaq doldurma mərasimini necə qeyd etmək və keçirmək barədə danışdıq”, - Peskov bildirib.




Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədi ilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə birgə məlumatda qeyd edilib.

Bildirilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədi ilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər. Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib. Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər. Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

https://youtu.be/k6MSiQt4VaA


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 300-ə yaxın müraciətə baxılıb.



Prezident İlham Əliyev Tacikistana dövlət səfərinə gedib.

 

Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.



Finlandiya rəsmi olaraq NATO-ya üzv olub.

Bu barədə Polşanın Baş naziri Mateuş Moraveski öz “Twitter” hesabında paylaşım edib.

Mateuş Moraveski ölkəni alyansın 31-ci üzvü olması münasibətilə təbrik edib.

“Finlandiya artıq NATO-dadır. Təbrik edirik!

Bu gündən alyansa 31 ölkə daxildir. Güclü tərəfdaşlar Polşanın, regionumuzun və bütün dünyanın təhlükəsizliyini təmin edir”, - deyə o, paylaşımında qeyd edib.


Xəbər verdiyimiz kimi, İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Qafqazinfo” xəbər verir ki, məsələ parlamentin bu gün keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir. Martın 6-da Ali Məhkəmənin əvvəlki sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.

***

Milli Məclisin iclası başlayıb. İclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli sədrlik edir. 

***

 

İnam Kərimovun Ali Məhkəməyə hakimliyi təsdiqlənib.

Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

***

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarını imzalayıb.

Qərarla İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Zaur Mir



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:

“Məlum olduğu kimi, BMT Baş Assambleyasının 2005-ci il 8 dekabr tarixli qətnaməsinə əsasən, hər il 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur.

2023-cü il üzrə “Minatəmizləmə prosesi gözləyə bilməz” kampaniyası çərçivəsində keçirilən bu günün əsas məqsədi minalarla çirklənməyə məruz qalmış ərazilərə diqqət çəkməkdir.

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası 30 ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməmiş, insanların həyat və sağlamlığına zərər vermək məqsədilə həmin əraziləri başdan-başa minalamışdır.

2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatdan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də mina terrorunun qurbanı olmuşlar.

Ermənistan tərəfi isə nəinki ötən dövr ərzində ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.

Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, Vətən müharibəsindən sonrakı dövr ərzində 289 nəfər vətəndaş mina və digər partlayıcı sursatların qurbanına çevrilib ki, onlardan 51 nəfəri həlak olub, 238 nəfər xəsarət alıb. Ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3 368 nəfər mina partlayışından həlak olub və ya xəsarət alıb.

Çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə ciddi maneə yaradır.

Uzun illərdir ki, Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış keçmiş məcburi köçkünlərimizin təhlükəsiz qayıdışının təmin olunması üçün ilk növbədə həmin ərazilər minalardan təmizlənməli, orada tamamilə məhv edilmiş infrastruktur bərpa edilməlidir.

Dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan məqsədli şəkildə minaladığı ərazilərin dəqiq xəritələrini hələ də ölkəmizə təqdim etməyib.

Ermənistan işğaldan azad edilmiş ərazilərimizi minalamaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini, xüsusilə də Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və I Əlavə Protokolunun tələblərini pozub və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Hesab edirik ki, bütün dünya ictimaiyyəti insanların yaşamaq, təhlükəsiz yaşamaq və sağlamlığın qorunması hüquqlarının müdafiəsi naminə mina terroruna qarşı mübarizədə həmrəy olmalıdır.

Bununla əlaqədar insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına ünvanlandığımız bəyanat və müraciətlərdə, habelə xüsusi hesabatımızda işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı faktlar təqdim olunaraq, onlardan mandatları çərçivəsində təcili tədbirlərin görülməsi tələb edilib.

Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı bu günədək narahatlıq ifadə etməməsi və bununla bağlı təsirli tədbirlər görməyə maraq göstərməməsi təəssüf hissi doğurur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə müraciət edərək mövcud problemin aradan qaldırılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə və minatəmizləmə prosesinə dəstək verməyə çağırıram”.



Xankəndi-Laçın yolunda mübarizənin 114-cü günü

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki. bu gün aksiyanın 114-cü günüdür.

Aksiya gecə saatlarında da davam etdirilib.

Bu səhəri də adəti üzrə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açan etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

İsmayıl Alısoy

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov