Xəbər lenti

Kamaləddin Qafarov: “YAP-ın VII qurultayı partiya tarixində yeni mərhələdir”

“ YAP ölkənin bütün bölgələrini əhatə edən, Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Yeni Azərbaycan Partiyası ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında, eləcə də Azərbaycanın tərəqqisində müstəsna rol oynayan aparıcı siyasi qüvvədir. Həmin tarixi qurultayda Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın yaradıcısı olan Ulu öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən daim yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Hamımız bilirik ki, 1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair keçirilən referendumun nəticələri həmin vaxt Azərbaycan rəhbərliyi tərəfindən xalqın iradəsinə zidd olaraq saxtalaşdırılmışdı. Belə bir məqamda Ulu öndər yenə də böyük cəsarət, qətiyyət və iradə tələb edən addım ataraq Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan vermədi. Məhz bu qərar ölkəni öz müstəqilliyinə doğru aparan yolda atılan ən əhəmiyyətli, vacib addım oldu.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində formalaşmış yeni reallıqlar ölkənin hakim partiyası üçün də yeni çağırışlar yaratdı: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Əlbəttə ki, bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Məhz bu baxımdan YAP-ın VII qurultayı, ilk növbədə, müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsinin təsdiq olunması, eləcə də yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyasının partiyanın orqanları qismində müəyyən edilməsi, Partiya Sədrinin birinci müavini vəzifəsinin təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğunun təsbit edilməsi ilə partiyanın fəaliyyətində və idarə olunmasında mütərəqqi yeniliklərin tətbiqinə zəmin yaratmış oldu. Həmin tarixi gündən sonra keçmiş iki il ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar partiyamızın fəaliyyətinin effektivliyini artırmış və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə səbəb olmuşdur. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Ölkə Prezidenti İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Birmənalı olaraq VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir.”

Millət vəkili YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində aparılan işin ölkənin xarici siyasətinin davamı olduğunu vurğulayaraq deyib: “YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. Ötən iki il ərzində partiyamız beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək bu sahədə də ölkənin xarici siyasətinin həyata keçirilməsinə mühüm töhflər vermişdir. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında iki il öncə əməkdaşlığa dair imzalanmış niyyət protokolu ilə iki qardaş ölkənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. YAP 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) üzvüdür. YAP-ın, həmçinin Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, bu gün Ölkə Prezidenti İlham Əliyevin dialoq siyasəti də YAP-ın fəaliyyətində öz inkişafını tapır. Son bir il əlrzində Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz dəyərli töhfələrini verib və bu proses indi də davam edir.”



 

Adil Kərimli yazıçıların yanına getdi
 

 

Mədəniyyət nazirinin birinci müavini və nazir səlahiyyətlərini icra edən Adil Kərimli Azərbaycan Yazıçılar Birliyində olub.

 Bu barədə Xalq yazıçısı Çingiz Abdullayev özünün feysbuk hesabında paylaşım edib.

Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşən nazir əvəzi onlarla bir sıra mühüm məsələləri müzakirə edib.

Qeyd edək ki, Adil Kərimlinin təyinatından sonra Mədəniyyət Nazirliyinin bir sıra mühüm postlarında ciddi islahatlar aparılıb.

 

 
 


“2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib.

“Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”, - deyə Azərbaycan Prezidenti bildirib.



əbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib.

 
 

 

Dövlət başçısı ilə birlikdə rəsmi qonaqlar Dağüstü parkda Bakının mənzərəsini də seyr ediblər.

 

 





 


Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

İctimaiyyətə əlavə məlumat veriləcək.



Türkiyədə mayın 14-ü keçirilməsi planlaşdırılan prezident seçkiləri təxirə salınmayacaq.

Bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) qrup iclasında çıxışı zamanı açıqlayıb.

“İnşallah millətimiz mayın 14-ü lazım olanı edəcək”, - deyə Türkiyə lideri qeyd edib.



Mədəniyyət nazirinin birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu vəzifəyə təyinatından az bir müddət keçməsinə baxmayaraq, Adil Kərimlinin mədəniyyət sahəsinin inkişafına yönələn islahatları kadr dəyişikliklərini də əhatə edib. Belə ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılırlar. 

Bildirilib ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrin fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.  

Əldə etdiyimiz yeni məlumata görə, bu gün mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifələrindən azad ediliblər. 

Göründüyü kimi proses yeni başlasa da, sürətlə davam etməkdədir. Yaxın günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir.



Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyə şadam. Azərbaycana xoş gəlmisiniz. Yaxşı bir ənənədir ki, artıq illər boyu biz sizi qəbul edirik. Bizim nazir də mütəmadi surətdə sizin ölkədə olur. Sizin səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib. Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir.

Deməliyəm ki, ötən il münasibətlərimizin çox dinamik xarakteri ilə əlamətdar olub. Prezidentlər səviyyəsində bir neçə görüş olub, həmçinin siz Azərbaycana, həmkarınız isə Rusiyaya səfər edib. Ölkələrimizin hökumətlərinin və parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri olub, digər rəsmi şəxslərin səfərləri də. Bunlar onu göstərir ki, münasibətlərimiz tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur və düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq. İlin əvvəlində bizə səfər etməyiniz də bu il qarşılıqlı fəaliyyətimizə xüsusi dinamika verəcək.

Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır. Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik.

Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimizin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur. Buna parlaq sübut odur ki, mənə bu gün təqdim edilən informasiyaya görə, hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər.

Əlbəttə, bu gün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik. 

Əlbəttə, bizim münasibətlərimizin və bugünkü danışıqlarımızın gündəliyi mənim haqqında danışdığım istiqamətlərlə məhdudlaşmır. Buna görə gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Əminəm ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq. Bir daha xoş gəlmisiniz.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Prezident Putinin səmimi salamlarını və dostcasına arzularını çatdırıram. O, bizim müttəfiqlik qarşılıqlı fəaliyyətimizin inkişafına şəxsən xüsusi diqqət yetirir. Sizin dediyiniz kimi, bu günlərdə biz ötən il Sizin Rusiya Federasiyasına səfəriniz zamanı müvafiq Bəyannamənin imzalanmasının ildönümünü qeyd edirik. Şübhəsiz ki, bu Bəyannamə qarşılıqlı fəaliyyətin əldə olunmuş səviyyəsini təsbit etdi və onun dərinləşməsi, keyfiyyətcə yeni səviyyəyə çıxarılması yollarını müəyyən etdi. Sizin xatırlatdığınız kimi, praktiki əməkdaşlıq, həqiqətən, bütün istiqamətlər üzrə çox səmərəli və intensiv inkişaf edir. Buraya həm Sizin Rusiya Federasiyasının Prezidenti ilə mütəmadi təmaslarınız, iki ölkənin hökumətlərinin sədrləri və nazirlər arasında görüşlər daxildir.

Biz, həmkarım - Azərbaycanın xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramovla daim əyani və indi deyildiyi kimi, onlayn təmaslarda oluruq. Həm də şübhəsiz ki, bizim iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır və bu, son hədd deyil. Çünki Siz Prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz. Bu layihələrə sizin və bizim bir çox tərəfdaşlarımız maraq göstərir. Bu da Rusiya və Azərbaycanın liderlər kimi iştirakı ilə bu regionda qarşılıqlı fəaliyyətin necə perspektivli olduğunu göstərir.

Əlbəttə, biz mədəni əlaqələrin inkişafında maraqlıyıq. Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin 30 illiyini, bu il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünü qeyd etdik. Yazda biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Bizdə azərbaycanlı dostlarımızla birgə silsilə tədbirlər planlaşdırılır. Əminəm ki, həmin tədbirlər vətəndaşlarımızın bir-birinə, tarixə və bu ortaq tariximizin indiyə qədər davam edən, ölkələrimiz arasında dostluq, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək.

Sizinlə tamamilə razıyam ki, vətəndaşlarımızın səfərlərinin bərpa olunması göstəriciləri bu vəziyyəti, humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə çalışmağımızı bir daha vurğulayır. Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizin vurğuladığınız kimi, heç şübhəsiz, regional təhlükəsizlik bizim həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır. Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər. Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq.

Məni qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm və əminəm ki, bu səfər Prezident Putin ilə Sizin müəyyənləşdirdiyiniz istiqamətlər üzrə irəliləməyə kömək edəcək.

Prezident İlham Əliyev: Çox sağ olun, Sergey Viktoroviç. Mən də Sizdən xahiş etmək istərdim ki, mənim salamlarımı və ən xoş arzularımı Vladimir Vladimiroviç Putinə çatdırasınız, həmçinin Heydər Əlirza oğlu Əliyevin xatirəsinə bu cür xoş münasibətə görə təşəkkürümü bildirəsiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Sağ olun.



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov