basreklam

Xəbər lenti



Yüksək qan təzyiqi tromboza, insulta və ya infarkta səbəb ola bilər, buna görə də onu nəzarətdə saxlamaq vacibdir.

 

Bizimaz.az moderator.az-a istinadən xəbər verir ki, "Medikforum" Rusiya portalının araşdırmasına görə, mütəxəssislər dərman qəbul etmədən təzyiqi sabitləşdirməyə kömək edəcək sadə yolları açıqlayıblar. İlk növbədə hipertoniyalı insanlar həyat tərzlərini tənzimləməlidirlər.

Almaniyanın Manheym Universitet klinikanasının professoru Bernhard Kramerin sözlərinə görə, xəstələrə normal çəki saxlamaq çox vacibdir. Hətta artıq 4 kilo da yüksək təzyiqə səbəb ola bilər.

Pəhrizi "yüngülləşdirmək" tövsiyə olunur - meyvə, tərəvəz, az yağlı süd məhsulları və duzun rədd edilməsi hipertoniya ilə mübarizədə kömək edir. Həm də fiziki aktivlik haqqında unutmamalısınız - qaçış, üzgüçülük, velosiped sürmə təzyiqi azaltmağa kömək edəcəkdir. Hər həftə cəmi 150 dəqiqəlik idman ürək və qan damarlarını gücləndirir.

 Maqnezium, çuğundur şirəsi, sarımsaq və yemişan da hipertoniya ilə mübarizədə kömək edəcəkdir. Mütəxəssislər gündə 250 ml çuğundur  şirəsi və 300-500 mq maqnezium qəbul etməyi məsləhət görür - bu, qan damarlarını rahatlamağa yardım edir.

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov