basreklam

Xəbər lenti



Xurma vitamin, mineral, qidalı liflər və bir çox digər insan orqanizmi üçün əvəzolunmaz maddələrlə zəngindir.

 

Bu xurmanı insan sağlamlığı üçün çox faydalı edir. Lakin bəzi insanlar var ki, xurma onlara xüsusilə faydalıdır.

Saglamolun.az xəbər verir ki, maqnezium və qidali liflərlə zəngin olduğundan xurma orqanizmi toksin, ağır metallar, radionukleidlər  və digər ziyanlı maddələrdən yaxşı təmizləyir. Bu xüsusiyyətə görə xurma ziyanlı istehsalatlarda işləyən,  pis ekoloji şəraitdə, böyük şəhərlərdə yaşayan insanlar üçün xüsusilə faydalıdır.

 

Xurma kalium və maqneziumla zəngindir. Bu 2 mineral ürək-damar sisteminin normal fəaliyyətini təmin edir, təzyiqi normallaşadırır, ürək və damar xəstəliklərinin riskini azaldır. Xurmanın tərkibində olan P vitamini damarları möhkəmləndirir, onların keçiriciliyini azaldır. Hipertoniya, ürək və damar xəstəlikləri olan və bu xəstəliklərin risk qrupuna daxil olan insanlar mütləq hər gün 1-2 xurma yeməlidir.

Xroniki ishaldan əziyyət çəkən insanlar da mütləq xurma yeməlidir. Büzücü maddələrlə zəngin olan xurma bağırsaqları "bərkidir". Bundan əlavə xurmanın tərkibində olan qidalı liflər bağırsaqlarda faydalı mikrofloranın çoxalmasına kömək edir. Məhz bağırsaq mikroflorasının müxtəlif səbəblərə görə pozulması bir çox hallada ağır ishalın inkişafına səbəb olur.

Xurma orqanizmin tonusunu qaldırır, stress və yorğunluğu azaldır.  

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov