Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələbəsi Somtoçukvu Çidinma Ali Məktəbin “Bilik Günü”ndə çıxışı zamanı azərbayan dilində tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə təhsilə başlamasından həyəcan duyduğunu qeyd edib. O, 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə azərbayan dilində danışmağı öyrənib.
Bu barədə BANM-in mətbuat xidməti məlumat verib.
BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu Çidinma 2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər. Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.
istinad