Fransanın paytaxtı Parisdə yaşayan yaşlı bir qadının divardan asdığı tablonun tanınmış rəssam “Kimabue) Cenni De Pipoya aid olduğu bildirilir.
Bizimaz.az xəbər verir ki, əsərin illər sonra 6 milyon avro dəyərində olduğu öyrənilib. Tablonu illərdir mətbəxində divardan asan qadın onun dəyərləndirilməsi üçün mütəxəssislərlə danışdığını bildirib.
Fransanın “Le Fiqaro” qəzetinə danışan mütəxəssis Erik Turqin tablonun orijinal olduğunu deyib. Araşdırmalar zamanı tablonun on üçüncü əsrə aid olduğu bildirilir. Adı açıqlanmayan qadının saxladığı tablonun gələn ay hərraca çıxarılacağı gözlənilir.
Moderator.az