basreklam

  • Thumb

    Bu gün Kəlbəcər Şəhəri Günüdür

    Azərbaycanda 25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür. ...

  • Thumb

    İran Rusiyaya nota verdi

    İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir. Məlumata görə, Rusiyanın Kazan şəhərində iki iranlı tələbə polis tərəf...

  • Thumb

    COP29 Sədrliyi bəyanat yaydı

    Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb. “Qafqazinfo” xəbər verir...

  • Thumb

    DYP müraciət etdi;"Ehtiyatlı olun"

    Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. ...

  • Thumb

    Zalujnı elan etdi: III Dünya savaşı başladı!

    Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Üçüncü Dünya müharibəsinin başlandığını elan edib. Bakıvaxtı.az Publika.az-a isti...

  • Thumb

    Ukrayna zərbə endirdi, koreyalı general ağır yaralandı

    Ukraynanın “Storm Shadow” ("Fırtına kölgəsi") raketləri ilə Kursk vilayətinə zərbəsi nəticəsində Şimali Koreyanın generalı ağır yaralanıb. Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”...

  • Thumb

    Ağ Ev: Kiyevə hərbi yardımı davam etdirəcəyik

      Vaşinqton administrasiyası Rusiyanın hərəkətlərindən asılı olmayaraq Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir. ...

  • Thumb

    Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mü...

  • Thumb

    Alimentin miqdarı 6 manat artırılıb

    Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb. “Qafqazinfo” xəbər verir ki, hüquqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildi...

  • Thumb

    Tramp bu qadını seçmək istəyir

    ABŞ-nin seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pamela Bondinin ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb. “Qafqazinfo” xəbər verir ki, o bu haqda öz “Truth” hes...

Xəbər lenti



İrəvanla üzbəüz olan zirvədə Azərbaycan və Türkiyənin dövlət bayraqları, Milli Qəhrəman Mübariz İbrahimovun portreti qaldırıldı; İrəvan və Qarabağla bağlı şüarlar səsləndi; Hulusi Kılıç: “Bakı Türk dünyasının kiçik İstanbuldur”

 

Ötən gün axşam saatlarında Türkiyə-Azərbaycan qardaşlığını, birliyini simvolizə edən növbəti möhtəşəm tədbir keçirildi. Qardaş ölkənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin Tuzluca qəsəbəsinə yaxın ərazidə yerləşən əzəmətli Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü oldu.
Yürüşdə rəsmi şəxslər, QHT və KİV təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edirdilər. İqdır vilayətində yerləşən, Ağrı dağından sonra Türkiyənin ikinci böyük və əzəmətli dağı olan Təkaltı zirvələrinə yürüşə “Yeni Müsavat”ın əməkdaşı da qatılmaq fürsəti əldə edib. Tədbir İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi əsasında 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibəti ilə təşkil olunmuşdu.

Bu yerdə qeyd edək ki, Tuzlucadan Təkaltı dağına uzanan yol Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Dəniz səviyyəsindən təqribən 2500 metr hündürlüyə qalxan yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu tərəfindən simvolik olaraq Mübariz İbrahimovun adı verilən zirvəyə qaldırdılar.
Zirvədə Mübariz İbrahimovun portreti ilə yanaşı, dövlət bayraqlarımız Təkaltı dağın zirvəsində dalğalandı. İki dövlət, bir millətin qardaşlığını əks etdirən 10 metrlik bayrağın qayalar üzərində dalğalanması möhtəşəm mənzərə yaradırdı. Türkiyə və Azərbaycandan olan yürüş iştirakçıları zirvədən qarşıya, Araz çayının o tayına, Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarına baxaraq, bildirdilər ki, vaxt gələcək, o ərazilər də Qarabağla birlikdə Türkün məskəninə çevriləcək!
Bu möhtəşəm aksiyanın təşkilatçısı Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç diqqətə çatdırdı ki, tədbirin 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümünə həsr olunması iki xalqın qardaşlığı və dostluğu əbədi və sarsılmazlığını bir daha sübut edir. Hulusi bəy dedi ki, bu gün bizim hamımızın bayramıdır: “Bakı şəhərinin azad olunmasının 101-ci ildönümüdür. Odur ki, biz bu tədbiri keçirməyə qərar verdik. Bakı o qədər önəmli məkandır ki, ora hər kəs diqqət göstərməlidir. Mən bunu ilk dəfə söyləyirəm: İstanbul nə qədər İslam dünyasının başkəndidirsə, Bakı da o qədər Türk dünyasının başkəndidir. Bakı Türk dünyasının kiçik İstanbuldur. Türk dünyasında Bakının çox gözəl yeri var. Bu şəhər Türk dünyasının qəlbidir. Bakı şəhəri üçün şəhid olan əsgərlərimizin ruhları şad olsun!”
Qafqaz İslam Ordusunun mücadiləsini böyük bir heyranlıqla izlədiyini, bu mücadilə ilə bağlı tarixi mənbələrə baş vurduğunu söyləyən sabiq səfir bildirdi ki, o zaman insanlarımız uzaq İstanbuldan, Ərzurumdan gəlib yayın qaynar çağında Bakını düşməndən xilas etmişlər. Bu, çox önəmli hadisədir. 1918-ci ildə Osmanlı imperatorluğunu parçalamaq üçün çalışan güclər var idi. Osmanlı 4 cəbhədə vuruşurdu. Xəbər gəldi, Bakı işğal altında. O vaxt 7 min təcrübəli əsgəri Azərbaycana, köməyə göndərdilər. Yaxşı ki, göndəriblər. O qərarı verənlərə sayğılarımı ifadə edirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun! Bütün şəhidlərimizi sayğı ilə anıram, ruhları şad olsun!”
Diplomat dedi ki, o, hər zaman Türkiyə və Azərbaycanın gələcəyi barədə yüksək fikirdə olub: “Mən Azərbaycanda 5 il səfir vəzifəsində çalışmışam.
Azərbaycan prezidentindən “Dostluq” ordenini alan yeganə səfirəm. Qəlbim hər zaman Türk dünyası, Türkiyə və Azərbaycan üçün çarpmaqdadır”.
H.Kılıç tədbirin gerçəkləşməsi üçün verdikləri dəstəyə görə, İqdır valisinə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimə, Qars Baş konsulu Nuru Quliyevə və tədbirdə iştirak edən hər kəsə təşəkkür etdi.
Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev bildirdi ki, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bu yürüş mənəvi birlik rəmzidir. Baş konsulumuz əlini irəli, Araz çayının o tayına, İrəvan tərəfə uzadıb “gözlərimiz önündəki torpaqlar Azərbaycan torpaqlarıdır, Türk torpaqlarıdır. O torpaqların sahibi bizik. Müvəqqəti iolaraq birilərinə verilib. Gec-tez o torpaqlara qayıdacağıq!” dedi. Bunun ardınca “Bir millət, iki dövlət!” sədaları ucaldı.
Baş konsul İlqar Quliyev dedi ki, bu tədbirin əsas təşəbbüskarı Azərbaycanın yaxın dostu Hulusi Kılıçdır: “Bu zirvədən gözümüzün gördüyü qədər Türk torpaqlarını bir daha gördük. Taleyin, Tanrının bizə verdiyi bu torpaqlar inşallah yenə də bizim olacaq. Bu gün o torpaqlar işğal altındadır, amma Ali Baş Komandanımızın əmri ilə bir gün o yurd yerlərimiz düşmən tapdağından azad olunacaq. Biz bu zirvədə qaldırdığımız bayraqlarımız bir gün Qarabağımızda, bütün Türk yurdlarımızda qaldıracağıq. Azərbaycan-Türkiyə dövlətləri qardaşlıq münasbətlərini davam etdirəcək, daim düşmənlərinə meydan oxuyacaq, dostlarına qürur, güc verəcək. Dostluğumuz, birliyimiz, qardaşlığımız əbədi olsun!”
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar əminliklə bildirdi ki, bu kimi həmrəylik yürüşləri gələcəkdə də ardıcıl şəkildə davam edəcək Əlini İrəvan tərəfə uzadaraq “oralar bizim dədə-babalarımızın şəhəridir, oğuzların yurdudur” deyən Ziya Zakir Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bildirdi: “Təkaltı dağından can Azərbaycanımıza salam və sayğılarımızı göndəririk!”

Tədbir boyu sal qayalarda “Bir millət, iki dövlət!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, “Türkiyə-Azərbaycan bayraqları hər zaman zirvədə, yan-yana olsun!”, “Bu bayraqlar dünya durduqca dalğalansın!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “İki bayrağın gücünü heç bir qüvvə tükədə bilməz!” kimi şüarlar əks-səda verdi.
Qeyd edək ki, tədbir Türk polisinin yüksək səviyyədə həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə gerçəkləşdi. Bütün yol boyu yürüşçüləri müşayiət edən polis zirvəyə qədər Türk sevdalısı olan insanların yanında oldu. Yüksək əhval-ruhiyyə ilə zirvədən enən tədbir iştirakçıları sonda Türk polisinin komandir və heyət üzvlərinə iki dövlət adından təşəkkür etdilər.

**

Bu yerdə xatırladaq ki, bir neçə ay öncə ermənilər qaçaq yolla Ağrı dağına qalxaraq orada Ermənistan bayrağını qaldırmış və sanki bununla Türkiyə və Azərbaycana meydan oxumağa çalışmışdılar. O zaman məsələyə həssas münasibət göstərən qəzetimiz mövzu ilə bağlı materiallar dərc etmişdi. Hulusi Kılıç “Yeni Müsavat”a açıqlamasında tədbirin ərsəyə gəlməsinin səbəblərindən danışarkən qəzetimizdə dərc olunmuş yazılara diqqət çəkdi: “Elşad müəllim, siz mənə iki ay öncə zəng edərək, ermənilərin Ağrı dağında bayraq qaldırdığını dediniz. O zaman mənim ağlıma bir fikir gəldi, dedim Bakının işğaldan azad edilməsinin 101-ci ildönümündə bir tədbir keçirək. Biz də Azərbaycan-Türkiyə bayraqlarını yüksəklərdən açaq, asaq, gözəl bir tədbir keçirək. Ona görə də mən İqdir valisi Ənvər İnönü ilə danışdım. Vali təklifimi dinlədi, “bəli” dedi. Baş konsulla danışdım, o da təklifimə “bəli” dedi. Sonra bu tədbiri Türkiyə-Azərbaycan olaraq həyata keçirmək üçün Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimlə danışdım. O da Bakıya sorğu verdi, Bakı da tədbirin keçirilməsini uyğun hesab etdi. Bundan sonra Qars Baş Konsulluğumuz qərar verdi və biz də bu işə başladıq”. H.Kılıç qeyd etdi ki, onlar bu tədbirlə kifayətlənməyiblər. İqdırda Bakının işğaldan azad edilməsi ilə bağlı möhtəşəm konfransın keçirilməsinə də qərar verilib. Yaxın saatlarda keçiriləcək konfransa Türkiyə və Azərbaycandan dəvətlilər, həmçinin İqdır ictimaiyyətinin nümayəndələri qatılacaq.
Bayraq mərasimini Təkaltı dağında keçirilməsinin səbəbinə gəldikdə, Hulusi bəy dedi ki, bura ən önəmli məkanlardan biridir: “Bir az zaman dar oldu, yoxsa Ağrı dağına gedə bilərdik. Amma Təkaltı dağı Türk düşmənlərinə mesaj vermək üçün ən uyğun məkanlardan biri oldu. Təkaltı Ermənistanı, İrəvanı görən bir dağdır”.
Möhtəşəm aksiyadan sonra qərar verildi ki, hər il, Bakının işğaldan azadlığı gün-15 sentyabrda Təkaltı dağına yürüş edilsin, “İki dövlət, bir millət”in bayraqları qaldırılsın. (musavat.com)

 

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov