Dünyanın ən rahat yaşayış şərtlərinə malik şəhərlərinin reytinqində Vyana ikinci dəfədir birinci yeri tutub.
Bizimaz.az xəbər verir ki, “Economist” tərəfindən hər il tərtib edilən reytinqdə uzun illərdir qalib olmuş Melburn artıq ikinci dəfədir ikinci olub.
Üçüncü yerdə qərarlaşan Sidney Osakanı dördüncü pilləyə sıxışdırıb.
Siyahıda son yerləri Dəkkə, Laqos, Dəməşq tutub.
Qeyd edək ki, reytinq sabitlik, səhiyyə xidmətləri, mədəniyyətin səviyyəsi, təhsil, ətraf mühit, infrastruktur da daxil olmaqla 30-dan artıq meyara əsasən tərtib olunur.
istinad