İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, Rusiyanın Kazan şəhərində iki iranlı tələbə polis tərəf...
Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir...
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Üçüncü Dünya müharibəsinin başlandığını elan edib.
Bakıvaxtı.az Publika.az-a isti...
Ukraynanın “Storm Shadow” ("Fırtına kölgəsi") raketləri ilə Kursk vilayətinə zərbəsi nəticəsində Şimali Koreyanın generalı ağır yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”...
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mü...
Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb.
“Qafqazinfo” xəbər verir ki, hüquqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildi...
ABŞ-nin seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pamela Bondinin ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, o bu haqda öz “Truth” hes...
17:00 30.08.2019 | Yenilənib 17:00 30.08.2019 | Nəşr edilib 17:00 30.08.2019 | Baxış sayı: 32651
Damarları qocalana qədər sağlam və elastik saxlamaq üçün qidalanmadan bəzi qida məhsullarını xaric etmək lazımdır.
Bizimaz.az Sağlamolun.az-a istinadən xəbər verir ki, mütəxəssislər damarların sağlamlığına ən ciddi ziyan vuran məhsulların adlarını açıqlayıb.
1. Şəkər
Mütəxəssislərin fikrinə görə, şəkər damarların sağlamlığı üçün ən ziyanlı məhsuldur. Şəkər damarların daxili divarlarında xroniki iltihab yaradır ki, bu da aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Nəticədə damarlar daralır, onların divarları zəifləyir, partlamaya meyilli olurlar. Damarın ürək və ya beyində partlaması infarkt və ya insulta səbəb olur.
2. Spirtli içkilər
Bir çox insan fikirləşir ki, spirtli içkilər damarlar üçün faydalıdır və hətta onları “təmizləyir”. Lakin bu yanlış fikirdir. Müasir araşdırmalar göstərir ki, insan üçün spirtli içkinin nəinki “faydalı”, hətta ziyansız miqdarı yoxdur (!). Alkoqol orqanizmin bütün hüceyrələrinə güclü toksiki təsir edən zəhərdir. Alkoloq qaraciyər, beyin, ürək, böyrəklər, digər orqanların və həmçinin damarların hüceyrələrini dağıdaraq müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmi zəiflədir və qocaldır.
3. Trans-yağlar
Bu maddələr marqarin, dükanlarda satılar hazır qidalar, şirniyyatlar, yarımfabrikatlar, fəst-fud, qızardılmış yeməklərin tərkibində var. Trans-yağlar damarların sağlamlığına ciddi ziyan vurur, damarları zəiflədir, aterosklerozun inkişafını tezləşdirir.
4. Kolbasa, sosis, vetçina və s.
Emal olunmuş ət qanda xolesterinin səviyyəsini artırır. “Artıq” xolesterin damarlarda yığılaraq onları daraldır, zəif və kövrək edir.