Sentyabrın 14-də Yerə iki asteroid yaxınlaşacaq. Amma onlar heç bir təhlükə törətməyəcək.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə məlumat NASA-nın saytında yer alıb.
Qurumun məlumatına görə, 2000 QV7 adı verilən asteroidlərdən birinin diametri 290-650 arasındadır. O, planetimizdən 5.3 milyon kilometr aralı yan keçəcək. 2000 CO1 adlı digər asteroid də eyni məsafədən ötüb keçəcək.