Bizimaz.az; Moderator.az dünyaca məhşur 10 dahinin 100 seçmə sözünü oxucuların diqqətinə çatdırır.
Anton Çexov
1. Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.
2. Sənə bir yaxşı, bir də pis xəbərim var. Yaxşı xəbər: hələ ölmədik; pis xəbər: hələ yaşayırıq.
3. Anlamağa çalışma. Həyat belədir. Həmişə bir telinə belə qıymadıqlarımız qıyır bizə.
4. Bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.
5. Ən təhlükəli insan tipi az başa düşən, çox inanandır.
6. Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin.
7. Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir.
8. Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin.
9. Kimlərsə arxanızdan danışırlarsa, bilin ki, onlardan öndəsiniz.
10. Mənim təcrübəm budur: hekayə yazanda əvvəlini və axrını xətləyirəm. Biz yazıçılar ən çox orda yalan danışırıq
Volter
1. Kimin sizə hökm etdiyini bilmək istəyirsinizsə, baxın kimi təndiq etməyə icazəniz yoxdur.
2. Sənin fikirlərinə nifrət edirəm, amma onu müdafiyə etmən üçün canımı verməyə hazıram.
3. Batil inanclar, bütün dünyanı alova qərq edər, fəlsəfə isə onu söndürər.
4. Əgər Tanrı olmasaydı, onu uydurmaq lazım gələcəkdi.
5. Bu dünyaya gəldiyimiz kimi, axmaq və pis formada tərk edəcəyik sonunda.
6. Hər insan etmədiyi bütün yaxşılıqlardan günhakardır.
7. Sizi axmaqlıqlara inandıra bilənlər, sizin əlinizlə qətliam törədə bilərlər.
8. Müstəqillik ədalətdən başqa bir şey deyildir.
9. Gerçək ehtiyaclar olmadan, həqiqi həzzi dadmaq olmaz.
10. Bir çoxu səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir.
Nikola Tesla
1. Əgər nifrətinizi elektrikə çevirsəydiniz, bütün dünyanı aydınlatmağa yetərdi.
2. Mən həyatda ən çox kitabları sevdim.
3. Yanlız qalın, kəşfetmənin sirri yanlız olmaqdadır, ancaq bu halda yeni fikirlər əldə edə bilərsiniz.
4. Evli kişilər tərəfindən edilən çoxsaylı müdhiş icad saya bilməzsiniz.
5. Kimi Tanrı deyər, kimi fizikanın qanunu.
6. Bu gün elm adamları riyaziyyatı praktikadan üstün tuturlar, sonuc olaraq gerçəkliklə heç bir əlaqəsi olmayan nəzəriyyələr ortaya çıxdı.
7. Fikirlərimi oğurlayıb oğurlamamağınız önəmli deyil əslində, önəmli olan öz fikirlərinizin olmasıdır.
8. Hamımız birik, eoqlar, inanclar, qorxular bizi ayırır.
9. Bir çoxları xarici dünyanın gedişatına o qədər alüdə olub ki, öz daxilində baş verənlərdən tamamilə xəbərsizdir.
10. İndiki zaman onlara aid ola bilər, amma gələcək mənimdir.
Onore de Balzak
1. Ayaqqabımın olmamasına görə üzülürdüm, ta ki, küçədə ayağı olmayan birini görənə qədər.
2. Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz.
3. Qadın sevdiyi insanın üzünü, bir dənizçinin açıq dənizi bildiyi qədər gözəl bilir.
4. Bir qadın sevdiyi kişinin başqa qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərəkən görməyi seçər.
5. Bir kəlimənin insan həyatını dəyişdirdiyi çox görülmüşdür.
6. Gözləyə bilənin hər şey öz ayağına gələr.
7. Dürüstlük bahalı bir mülkdür, ucuz insanlarda bulunmaz.
8. Bəzən həyatda qibtə etdiyiniz adam da ruhən sizə ehtiyac duya bilər.
9. Hər sərvətin arxasında bir günah vardır.
10. İnsanlara, onların sizə nankorluq etməyə məcbur edəcək qədər böyük yaxşılıq etməyin.
Maksim Qorki
1. Xoşbəxtlik əllərinizdə ikən necədə kiçikdir, onu əlinizdən bir buraxın, necə böyük və dəyərli olduğunu anlayacaqsınız...
2. Ağlın az olsun, amma özününkü olsun.
3. Hər şey yolundaykən insan çox tez axmaqlaşır.
4. Çalışmaq bir kefkən həyat zövqdür, çalışmaq vəzifəykən isə həyat köləlikdir.
5. “Belə eləmə" az deyilməlidir. Göstərmək lazımdır: bax, belə elə.
6. Dostlarının içində çox güman ki düşmənlərin olacaq, amma unutma ki, bunca düşmənlərinin içində bəlkə də səni dostun vuracaq.
7. Müasir yazarların çoxu yazdıqlarından çox içərlər.
8. Aldanma deyə bir şey yoxdur! Yalnız bir az çox güvənmək vardır. Və insanı aldandığı deyil, ən çox güvəndiyi aldadar
9. Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər.
10. İnsanın hamının diqqət mərkəzində olmağa cəhd etməsi ən böyük fəlakətdir.
Qabriel Qarsiya Markes
1. Bəlkə Tanrı onu sənə tanıtmadan öncə yanlış adamlarla tanışmanı, onu tanıdığında minnətdar olmaq üçün istədi.
2. Səni olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün sevirəm
3. Əsl dost, əlini tutan və qəlbinə toxunandır.
4. Bitdi deyə üzülmə, yaşandı deyə sevin.
5. Özünü çox zorlama, ən gözəl şeylər sən gözləmədiyin anlarda gəlir bəzən..
6. Sevdiyinin bir başqası ilə xoşbəxt olduğunu görüb üzülmə, ən acı verən şey onun səninlə xoşbəxt olmaması idi.
7. Bütün insanların üç yaşamı var: Hərkəsə bəlli, özəl və gizli olan.
8. Zamanı səninlə birlikdə keçirməyə hazır olmayanla keçirmə.
9. Bəlkə də islaholunmaz romantikin, xəyalpərəstin biriyəm, amma bu dünyanın sabah, birigün necə olacağı məni maraqlandırmır.
10. İnsanlar səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün geri dönə bilmirlər.
Mark Tven
1. Məni rahatsız edən Incilin başa düşmədiyim qismi deyil, başa düşdüyüm qismidir..
2. Dürüstlük pul gətirdikdən sonra ən yaxşı hərəkət tərzidir.
3. Hər zaman doğrunu söylə, beləcə nə dediyini xatırlamaq zorunda qalmazsan nə vaxtsa.
4. Hər zaman doğru olanı edin, bu bəzilərini məmnun edəcək, bəzilərini heyrətləndirəcək.
5. Sağlığını qorumağın tək yolu, istəmədiyini yemək, sevmədiyini içmək, istəmədiyini etməkdir.
6. İnsan irqinin tək bir təsirli silahı vardır: qəhqəhə
7. İnsanı yaratmaq qeyri adi və tuhaf bir şeydir, amma qoyunu da ora əlavə etmək gərəksiz bir təkrardir.
8. İqlim üçün cənnətə, dostuq üçün cəhənnəmə gedin.
9. Cənnət və cəhənnəm haqqında pis danışmaq istəmirəm, çünki, hər ikisində dostlarım var.
10. İtirdiklərim arasında ən çox ağlım üçün darıxıram
Albert Eynşteyn
1. Dünya pislik edənlər deyil, kənardan baxıb heç bir şey etməyənlər üzündən təhlükəli yerdir
2. Təhsil məktəbdə öyrəndiklərini kənara qoyandan sonra, geriyə qalan şeydir
3. Adətləri yox etmək, atomu parçalamaqdan daha çətindir
4. Axmaqlığın sübutu, eyni şeyi dəfələrlə edib, fərqli bir nəticə almağa ümid bəsləməkdir
5. Mən insanlığın əməllərinə və taleyinə görə narahat olan Tanrıya deyil, özünü bütün mövcudiyyəti ilə harmoniyada tapan Spinozanın Tanrısına inanıram
6. Ancaq başqaları üçün yaşanan həyat yaşamağa dəyər həyatdır
7. İnsan zəkası cavablardan deyil, verdiyi suallardan bəlli olar
8. Xoşbəxt olmaq istəyirsən? Bir amala bağlan, insanlara və əşyalara deyil
9. Dahiliyin bir sərhəddi vardır, cahilliyin isə əsla
10. İki şey sonsuzdur, kainat və insanların cahilliyi, fəqət kainatdan tam əmin deyiləm
Neil Tyson
1. Uşaqlarımızın ilk vaxtlarda yeriməsi və danışması üçün əlimizdən gələni edirik, sonra isə susmağı və oturmağı əmr edirik, qəribə deyilmi?
2. Yerdən kənarda həyatın olmadığınımı iddia edirsiz? bu okeandan götürülmüş bir stəkan suya baxaraq okeanda balinaların olmadığını demək kimi bir şeydir.
3. Hamımız bir - birimizə bioloji olaraq, dünyaya kimyəvi olaraq, kainata isə atomik olaraq bağlıyıq. Biz kainatın içindəyik, kainatda bizim içimizdə.
4. Heç bir şeyə sırf inanmaq istəyirsən deyə inanma, sənin inancın onun həqiqət olduğunu bildirməz.
5. Sübutlar sizi hara götürürsə ora gedin, əgər sübutunuz yoxdursa, ruhdan düşməyin, bəlkə əsl sübut budur? Unutmayın səhv də edə bilərsiniz.
6. Heç bir fikir birisi doğru olduğunu deyir deyə doğru deyildir, mən də daxil, özün düşün, özün sorğula.
7. Elm özümüzü və başqalarını azdırmamaq üçün bir yoldur.
8. Gecələr başımı qaldırıb səmaya baxıram və bilirəm ki, bəli, biz bu kainatın bir parçasıyıq, biz bu kainatdayıq. Amma böyük ehtimalla, bütün bu faktlardan daha önəmlisi kainatın da bizim içimizdə olmasıdır.
9. Elmin ən gözəl tərəfi, siz ona inansanızda, inanmasanızda gerçək olmasıdır.
10. Bir uşağa kitab versəniz, dünyanı dəyişdirər, bir mənada kainatı da.
Frans Kafka
1. Ölümün olduğu yerdə ciddi heç nə ola bilməz.
2. Hüzur istəyirsən? Az insan və az əşya.
3. Mən bir dustağam, toxunmayın zəncirlərimə.
4. Mənim yanlızlığım insanlarla doludur.
5. Əzab çəkdirmə, öldür məni. Öldürməsən qatil hesab olunursan
6. Hər şey fantaziyadır: ailə, qulluq, dostlar, küçə, hər şey fantaziyadır, ən yaxın həqiqət isə odur ki, sən başını hey nə pəncərəsi, nə də qapısı olan kameranın divarlarına vurursan
7. Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu qadınlarla aparılan müharibəyə bənzəyir – axırı yataqda qurtarır.
8. Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki.
9. Bacardığım hər şeyi tənhalığıma borcluyam.
10. Biz elə yaşayırıq ki, sanki hər birimiz padşahıq. Bunun ucbatından dilənçiyə çevrilirik.