basreklam

Xəbər lenti


 

Bu il Qurban Bayramı Demirçi ailəsi üçün xüsusi idi-  bayram ərəfəsində 44 yaşlı İstanbul sakini Hürmət Demirçi 10 yaşlı oğlu üçün böyrək donoru oldu. 

Moderator.az xəbər verir ki,  “Yeni Şafak”ın yazdığına görə, 5 ay öncə həkimlər Arda Demircidə ölümcül bir xəstəlik tapdılar- nefronoftiz... Digər müalicə variantları effekt vermədiyindən uşaq üçün yeganə qurtuluş böyrək nəqli idi. Oğlanın doğma və qohumları orqan uyğunluğu üçün lazımi testlərdən keçdilər. Uyğun bir donor yalnız Ardanın atası Hürmet Demirci oldu. Ailənin başçısı "oğlum üçün hər şeyi verərəm" sözləri ilə bu əməliyyata razılıq verdi. Və Qurban bayramı ərəfəsində əməliyyat uğurla baş tutdu.
 
“Transplantasiya bu vəziyyətdən yeganə çıxış yolu idi. Uyğun bir donor oldum, amma artıq çəkimə görə əməliyyat bir az təxirə salındı. Böyrək nəqli çox asan keçdi. Və oğlumun həyatını xilas etdiyim üçün xoşbəxtəm "- deyib H. Demirçi.
 
Orqan Nəqli Mərkəzinin rəhbəri Ayxan Dinçkan Türkiyədə təxminən 65 min insanın nefronoftizdən əziyyət çəkdiyini və təxminən 26 min xəstənin böyrək nəqlinə ehtiyacı olduğunu qeyd edib. Ötən il ölkədə 4 min uşaq. heç bir bahalı mexanizmin əvəz edə bilməyəcəyi təbii orqanla təmin olunub.

istinad

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov