“Microsoft” korporasiyasının həmtəsisçisi və dünyanın ən zəngin insanlarından biri olan Bill Geyts oxuduğu ən son kitablardan hansının daha çox xoşuna gəldiyini açıqlayıb.
Bizimaz.az: CNBC xəbər verir ki, milyarder həftədə bir kitab oxuyur. B.Geytsin bu yay ən çox xoşuna gələn kitab “Eskiz: yaxşı cəmiyyətin təkamül mənbələri” (Blueprint: The Evolutionary Origins of a Good Society) olub.
Kitabın müəllifi sosioloq Nikolas Kristakisdir. O, kitabda bildirir ki, təkamül sayəsində insanlarda möhkəmlənmiş “yaxşı” keyfiyyətlər müasir cəmiyyətin yaranmasına gətirib çıxarıb.
B.Geytsin zənnincə, kitab nikbin əhval-ruhiyyədə yazılıb və asan oxunur. O, Stiven Pinkerin “İnsan təbiətinin xeyirxah mələkləri” (The Better Angels of Our Nature) adlı kitabını da oxumağı tövsiyə edib.