Alman mütəxəssislər telefonların radiasiya yayması ilə bağlı araşdırma aparıb.
Bizimaz.az: Araşdırma nəticəsində hansı telefonların daha çox radiasiya yayması ilə bağlı hesabat xarakterli məlumat təqdim edilib.
Araşdırma nəticəsində məlum olub ki, 1.75 voltla işləyən “Xiaomi Mi A1” model android telefon ən çox radiasiya yayan telefondur.
“Xiomi” modelinin digər markaları isə az fərqli onun gerisində qərarlaşıb. Radiasiya yayan telefon modellində “Xiomi”-dən sonra isə “HTC” modelidir.
“Nokia Lumia 630”, “ASUS Zenfone”, “Alcatel A5 LED”, “Meizu Pro 7”, “iPhone 7”, “Sony Xperia Z1” “Compact”, “iPhone 8”, “ZTE Axon 7 Mini”, “BlackBerry DTEK60”, “iPhone 7 Plus”, “Samsung Galaxy S8” və “Motorola Moto Z” modeli ən çox radiasiya yayan telefon siyahısında ilk sırasında yer alır.
Qeyd edək ki, hesabatda digər android telefonların da radiasiya yaydığını, ancaq bunun adıçəkilən modellərə nisbətən daha az olduğu vurğulanıb. (cebhe.info)