• Thumb

    DİN müraciət etdi

    “Hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gələn SMS-lərin yönəldici mesajlarının tələblərinə, istəklərinə, vədlərinə əməl etmədən rədd etməli, bloklamalıdır”. Bakıvaxtı.az xəbə...

  • Thumb

    Bakıda leysan yağır

    Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrində başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şim...

  • Thumb

    Palatanın aşkar etdiyi maliyyə pozuntularının tərkibi açıqlanıb

    2024-cü ildə Hesablama Palatası 8,3 milyard manat dövlət büdcəsi vəsaitini audit edib ki, burada da say ifadəsində büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə aşkar edilmiş nöqsanların payı ç...

  • Thumb

    Gürcüstan Prezidenti Azərbaycana gələcək

    Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfərinə gəlib. Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ...

  • Thumb

    London Kiyevə 1 milyard dollar köçürdü

    Britaniya hakimiyyəti dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə geri qaytarılması üçün Ukraynaya 752 milyon funt sterlinq (təxminən 1 milyard dollar) tranş göndərib. “Q...

  • Thumb

    "Rusiya Ermənistanın Aİİ-dəki maraqlarını pozmaq niyyətində deyil"

    Rusiya Ermənistanın Aİİ-dəki maraqlarını pozmaq niyyətində deyil.   Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin "İzvestiya”ya müsahibəsində Ermənistan parlamentini...

  • Thumb

    Azərbaycan XİN rəhbəri: Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir

    Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyması ilə iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”. Bakıvaxtı.az xəbər verir ki, bunu A...

  • Thumb

    Yağış, qar, sel... - Xəbərdarlıq

    Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq  yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. ...

  • Thumb

    “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Trampdan Əliyevə

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. “Qafqazinfo”  xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident. Birləş...

  • Thumb

    “Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq”

    “Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər”. ...

Xəbər lenti




Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. Bu yağların bəzilərinin faydası olsa da, bəziləri səhhətimiz üçün ziyanlı sayılır.

 

Məsələn, kərə yağları barədə diyetoloqlar, həkimlər qeyd edirlər ki, onu az miqdarda çiy halda yemək lazımdır. Ancaq çoxlarımız hətta kərə yağını əridib yeməklərin bişirilməsindən ondan istifadə edirik.

Musavat.com xəbər verir ki, əslində isə bununla yeməklərimizə müəyyən qədər dad qatsaq da, səhhətimizə ziyan vurmuş oluruq. Ümumiyyətlə, son vaxtlar kərə yağlarının qiymətinin bahalaşması və satışda saxta kərə yağlarının olması insanları bu yağlardan müəyyən qədər uzaqlaşdırıb. Bu cür yağlarla yanaşı, əksəriyyətimizin uzaq durduğu, adı gələndə hətta ağız büzdüyü bir yağ var ki, o keçmişdə nənə-babalarımızın uzun ömürlük resepti olub. Söhbət quyruq yağlarından gedir. Quyruq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızıdır. Bərkdir, şəffafdır, tutumludur. Yağ turşuları ilə zəngindir. Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq vermir. Əridilmiş quyruq yağı həm də dərini cavanlaşdırır. Yüksək kalorili qidadır, hətta az miqdar qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir, yaddaşı, görməni gücləndirir, immuniteti möhkəmlədir.

Buradan anlamaq mümkündür ki, keçmişdə nənə-babalarımız nəyə görə bu qədər uzunömürlü və sağlam olublar. Müasir dövrümüzdə nəinki 60-70, hətta 35-40 yaşlarından artıq insanlarda qocalma prosesi gedir, müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərə düçar olmanın səbəbi isə yaşam tərzi ilə yanaşı, həm də qidalardır.

Qeyd edək ki, 100 qram quyruq yağında 50 faiz yağ turşusu, omeqa-9 var. Bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Bundan başqa, quyruq yağı soyuqdəyməyə, yanıqlara, bronxitə, kürək bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuqdəyməsi olan insanların kürəyinə quyruq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Hazırda bu yağdan kəndlərdə çox istifadə edilir. Quyruq yağı ilə qızartmaların daha dadlı alındığı qeyd edilir.

Digər faydalı yağ isə ta qədimlərdən bu günümüzə qədər gəlib çıxan nehrə yağıdır. Nehrə yağının hazırlanması xüsusi bacarıq tələb edir ki, indinin özündə də kəndlərdə nənələr bu sənəti miras kimi öz nəvələrinə, gəlinlərinə öyrədirlər. Düzdür, nehrə yağının qiyməti də heç də hər kəsin cibinə uyğun olmaya bilər. Ancaq faydasını düşündükdə bu pulu verməyə dəyər. Nehrə yağının hazırlanma mərhələsinə gəlincə isə, bu yağı əldə etmək üçün əvvəlcə təzə süddən qatıq mayalanır. Daha sonra qatıq eyni miqdarda ilıq su ilə bərabər nehrəyə boşaldılır. Nehrə təxminən bir saat çalxalandıqdan sonra yağ ayrılır. Bir nehrəyə 10-15 kiloqram qatıq tökülür ki, bundan da təxminən 600-700 qram yağ əldə olunur. Yağın miqdarı qatıq hazırlanan südün yağlılığından asılıdır. Yağ alındıqdan sonra nehrədə qalan ayran isə yemək zamanı süfrəyə verilir.

Nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Bu yağ xüsusilə səhər yeməyi zamanı əvəzolunmaz nemət sayılır. Nehrə yağı min bir dərdin dərmanı hesab edilir. Düzdür, hazırda satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.

Doktor Seyfəddin Əsəd bütün dünyanın nehrə və quyruq yağlarının faydalı olmasını qəbul etdiyini bildirdi: “Kərə yağı adı ilə satılan yağlar heç vaxt nehrə və quyruq yağı ola bilməz. Satışdakı kərə yağlarının tam saflığından danışmaq mümkün deyil. O cümlədən bitki yağları da bura daxildir. Zeytun yağı ilə günəbaxan və ya qarğıdalı yağını müqayisə etmək olmaz. Bitki yağlarının şahı təmiz zeytun yağıdır. Nehrə yağının tərkibi xolesterini qaldırmır. Yağ tam sovrulur və insan orqanizmi üçün olduqca vacibdir. Quyruq yağı nehrə yağından bir az aşağı səviyyədədir. Ancaq o da insan səhhəti üçün faydalıdır. Bunu min illərlə 100 yaşa qədər yaşayan nənə babalarımız yeyiblər və salam bir ömür sürüblər. Bu gün quyruq və nehrə yağının faydalı olduğu artıq bütün dünyada qəbul olunub. Əvvəllər bütün dünya ən faydalı yağın bitki yağı olduğunu deyirdi”.

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov