Xəbər lenti



2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsində 3 il ötür. 

 

Üç il ərzində minlərlə insan həyatını itirib, milyonlarla insan məcburi köçkün vəziyyətinə düşüb və regionda geosiyasi tarazlıq ciddi şəkildə dəyişib. Son aylarda müharibənin taleyini müəyyənləşdirə biləcək mühüm hadisələr baş verir: ABŞ və Avropa ölkələrinin Ukraynaya hərbi dəstəyi, Rusiyanın müdafiə və hücum strategiyalarındakı dəyişikliklər, həmçinin Qərblə Moskva arasında diplomatik müzakirələrin intensivləşməsi.

Hazırda Ukrayna cəbhəsində vəziyyət mürəkkəb olaraq qalır. Qərbin silah tədarükündə yaranan gecikmələr Kiyevin müdafiə gücünə təsir etsə də, Rusiya ordusu da ciddi itkilər verir və irəliləyiş əldə etməkdə çətinlik çəkir. Eyni zamanda, Kremlin sülh danışıqlarına açıq olduğunu bildirməsinə baxmayaraq, Qərb və Ukrayna rəhbərliyi Moskvanın real güzəştlərə gedəcəyinə şübhə ilə yanaşır. Bu fonda Rusiya-ABŞ arasında aparılan danışıqların müsbət nəticə verməsi üçün hər iki tərəfin kompromisə meyilli olması vacibdir. Lakin indiki mərhələdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaq görünür.

Bəs bu müharibə nə qədər davam edəcək? Rusiya və ABŞ arasında aparılan danışıqlar münaqişənin həllinə kömək edəcəkmi, yoxsa savaş yeni formatda davam edəcək?

Müharibənin üçüncü ildönümündə Bakıvaxtı.az bu suallara politoloq Kazım Kazımovla birgə cavab tapmağa çalışıb.

Politoloq bildirib ki, müharibənin sonlanmaması təəssüfləndirici haldır. Onun sözlərinə görə, bu gün hər iki tərəfin ciddi itkiləri var. Təbii ki, istənilən halda bu, müharibədir və proseslər yenə də davam edir. O cümlədən, Ukrayna torpaqları ciddi dağıntılara məruz qalıb: 

"Müharibənin başlaması və davam etməsi ilə bağlı hər iki tərəfin ciddi arqumentləri var. Rusiya torpaqlarının qərbində NATO qüvvələrinin raket sistemlərini yerləşdirməsinə qarşı olduğu üçün və Ukraynadakı rus etnik azlığına ciddi müdaxilələr olduğuna görə müharibəyə davam edir. Ukrayna isə NATO-ya girməyin onların suveren hüququ olduğunu, o cümlədən, Rusiyanın işğalçı mövqedən çıxış etdiklərini dilə gətirir. Nəticə etibarilə bütün arqumentlər bir nöqtədə cəmlənir - Ukraynanın ərazi bütövlüyü pozulub".

Kazım Kazımov: Rəsmi Kiyevin böyük güclər qarşısında necə dayanacağı sual altındadır

Kazım Kazımov qeyd edib ki, qanlı müharibənin 3 ildir davam etməsində ABŞ-nin müəyyən dərəcədə payı var: 

"Açıq demək lazımdır ki, Bayden administrasiyası dönəmində Kollektiv Qərb müharibənin uzanması məqsədilə bilərəkdən qismən də olsa, Ukraynaya yardım edirdi. Bu da hər iki tərəfin tükənməsinə səbəb olurdu. İndi isə şərtlər dəyişib. Donald Tramp sözügedən konfliktdə ABŞ-nin də ciddi maliyyə itkilərinə məruz qaldığını qeyd edir. Həmçinin, bu yardımlar səbəbindən Çinin yüksəlişi də Birləşmiş Ştatlara qətiyyən müsbət təsir edən hal deyil. Bu səbəbdən Rusiyaya xərclənən enerjinin dayandırılıb Çinə doğru xərclənməsi daha labüd addım kimi qiymətləndirilə bilər".

Həmsöhbətimizə görə, Tramp klassik diplomatiya qaydalarından kənar siyasi xəttə malikdir.  Buna görə də, Ukraynanı bu hadisələrin məcrasından tamamilə kənara qoyub rəsmi Moskva ilə anlaşma qurmağa çalışıb. 

"Təbii ki, bu da Amerika Birləşmiş Ştatları tərəfi üçün Ukrayna tərəfindən narazılığa səbəb olur. Lakin qeyd etmək lazımdır ki, bu addım nə qədər də narazılığa səbəb olsa da, rəsmi Kiyevin böyük güclər qarşısında nə qədər dirayətlə dayana biləcəyi və Zelenskinin siyasi xətti bu gün hər kəsi düşündürür",- deyə Kazım Kazımov fikrini yekunlaşdırıb.

Əli Hüseynov

18 Fevral 2025 Zelenski Türkiyədədir
27 Dekabr 2024 Netanyahu təhdid etdi: “İranın bu terror qolunu kəsməkdə qərarlıyıq”
21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov