Xəbər lenti



Qazaxıstan rəsmiləri, bu ölkə parlamentinin deputatları və paytaxt Astananın sakinləri Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı vermək və dəstəklərini ifadə etmək üçün Azərbaycan səfirliyinə gəlirlər.

Bu barədə “Report”un Qazaxıstan bürosu məlumat verib.

Faciə təkcə Azərbaycanda deyil, Qazaxıstanda da dərin kədər doğurub. Qazaxıstan paytaxtının sakinləri və rəsmilər səmimi qəlbdən başsağlığı verməyə və mənəvi dəstək olmağa davam edirlər.

Qazaxıstan senatorları və deputatları xatirə kitabına ürək sözlərini yazmaq üçün Azərbaycan səfirliyini ziyarət ediblər. Paytaxt sakinləri isə Astanadakı Azərbaycan səfirliyinə gələrək binanın önünə gül və oyuncaqlar qoyurlar.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov