Xəbər lenti



Türkiyə, İsveç və Finlandiya Madriddə keçirilən danışıqlardan sonra birgə bəyanat imzalayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aparılan danışıqlardan dərhal sonra baş tutub. Türkiyə tərəfdən sənədi xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıb.

 

Finlandiya Prezidenti Sauli Niinistönin ofisi Türkiyənin bu həftə Madriddə keçiriləcək sammitdə Finlandiya və İsveçin NATO üzvlüyünə dəstək verəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin qatıldığı Dördtərəfli Zirvədən əldə edilən nailiyyətlər:

• PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.

• Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək.

• PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.

• Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qarşısının alınması, əməkdaşlığın artırılması.

• Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.

• Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.

• Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması.

• PKK və onun qolu və cəbhə təşkilatlarının vəsait toplama və işə cəlb etmə fəaliyyətlərinin qadağan edilməsi və onların araşdırılması.

• Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.

• Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi.

• Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.



Prezident İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gedib.

 

“Qafqazinfo” xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

 

 
Kamaləddin Qafarov: “Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycanın strateji hədəflərindən biridir”

“1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Həmin vaxt Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində atılmış ilk və mühüm addımlardan biri olmuşdur. Təəssüf ki, 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan bütün işlər kimi, ordu quruculuğu prosesi də dayandı. SSRİ rəhbərliyində duran rəhbər vəzifəli şəxslər Azərbaycan əsilli hərbi kadrların yetişməsində maraqlı deyildi. 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı.”

Bu sözləri 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Ölkəmizdə müasir ordu quruculuğunun Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan millət vəkili bildirib: “Öz xalqına misilsiz xidmətlər göstərmiş Heydər Əliyev qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən, 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratmaqla, bugünkü qüdrəli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevralın 20-də isə Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı.”

K.Qafarov sözünə davam edərək deyib: “ Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, eləcə də müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər daim xüsusi diqqət mərkəzində saxlanılır. Hərbi sənaye kompleksinin dinamik inkişafı nəticəsində Azərbaycan Ordusu ölkə daxilində istehsal olunan müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və digər hərbi təyinatlı məhsullarla təchiz olunur. Prezident İlham Əliyev Silahlı qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi müəyyən edib. Nəticə etibarı ilə bu gün Qafqazda ən müasir ordu olan Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət qüdrətli bir ordu kimi formalaşıb. MDB məkanında Azərbaycan ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən biri sayılır.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışların birində demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da dövlət başçısının həyata keçirdiyi bu möhtəşəm siyasətin bir təzahürüdür.”

Deputat K.Qafarov bildirib ki, Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində Ermənistanın ordusunu darmadağın etməklə tarixi ədaləti bərpa etdi: “Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü hər zaman böyük ruh yüksəkliyi ilə qeyd olunub. Lakin məhz 2020-ci ildən bu şərəfli tarix xalqımız və ordumuz üçün tam yeni bir anlam kəsb etməyə başladı. Həmin il sentyabr ayının 27-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanata əsasən bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Azərbaycan isə 2020-ci ildən başlayaraq 26 iyun tarixini artıq qalib ölkə, qalib xalq və Müzəffər ordu olaraq qeyd edir. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, aparıcı Qərb mətbuat orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Təsadüfi deyil ki, II Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir”.
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını daim xüsusi diqqətində saxlayır”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci il 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri etməsi ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsində olan münasibətlərin yeni mərhələyə keçidini şərtləndirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan münasibətlərinin hər zaman yüksək səviyyədə olması Ulu Öndər Heydər Əliyevin də xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən idi. Prezident İlham Əliyev Daşkənddə, Heydər Əliyev Meydanının açılışı mərasimində etdiyi çıxışında dediyi kimi, Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Əlbəttə ki, bu hörmət də ilk növbədə Ulu Öndər Heydər Əliyevin özbək xalqına bəslədiyi böyük sevgidən qaynaqlanır. Hələ 1970-ci illərdə də ümummilli lider Heydər Əliyevin Şərəf Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi. 1990-cı illərdə də Ulu Öndərin İslam Kərimovla dostluğu xalqlarımıza məlum idi və bu dostluqlar ölkələrimiz arasında münasibətlərin bugünki inkişafının təməli oldu”. -

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi bütün Türk dövlətlərinin güclənməsinə böyük töhfədir: “Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Əlbəttə ki, bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi bütün Türk dünyasının güclənməsinə xidmət edir. Buna nail olmaq üçün də ilk növbədə qarşılıqlı əlaqələr intensivləşməlidir. Bütün istiqamətlərdə, o cümlədən iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmalıdır. Bu yolla ticari-iqtisadi sahədə ciddi inkişafa nail ola bilərik. Bu gün müasir qloballaşan dünyada yaranmış vəziyyəti nəzərə almaqla hər bir ölkə özünün müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu, xüsusilə təbii resursları zəngin olan ölkələrə aiddir. Buna görə də Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində atılacaq əlavə addımlar hər iki ölkənin təhlükəsizliyinin və hərbi qüdrətinin yüksəlməsinə səbəb olacaq. Sirr deyil ki, bu gün hər iki ölkənin xalqları kənar təhdidlərlə üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacibdir”, - deyə A.Naxçıvanlı bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrıldığının daha bir təsdiqidir: - “Dövlət başçımızın Özbəkistana rəsmi səfəri zamanı aparılmış danışıqlar və imzalanmış sənədlər bir daha əyani olaraq təsdiq edir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin daha da inkişafını xüsusi diqqətində saxlayır. Mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidenti bir daha vurğuladı ki, müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərin gələcək inkişafı üçün əsas olacaq. Möhtərəm dövlət başçımız xüsusi olaraq qeyd etdi ki, Azərbaycan və Özbəkistan arasında imzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə bu istiqamətdə gələcək fəaliyyətin yol xəritəsi rolunu oynayır. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri öz əksini tapıb, eləcə də dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. Həmçinin bu mühüm tarixi sənəddə həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Faktiki olaraq, imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır,” – deyə Aqiyə Naxçıvanlı öz fikirlərini yekunlaşdırıb.

AİA.Az
"Deputatların problemi çoxdur" -

"Əslində maaş elə də artırılmayıb. Deputatlar istirahətə gedəndə onlara əmək haqqlarının iki misli qədər müalicə pulu verirdilər. Bu artıq dayandırıldı. Bayramları keçirmək üçün ildə 4 dəfə mükafat verərdilər. Təxminən 600 manat idi. O da kəsilib. Onları bir yerə toplayanda, artırılan maaş edirdi".

aia.az xəbər verir ki, bunu deputat Aqil Abbas İTV-də çıxışı zamanı deyib. O bildirib ki, deputat həmin pulu yenə alır.

"Burada böyük bir maaş artımı olmayıb. Əvvəlki maaşımız 1750 manat idi, indi isə 2450 manat oldu. Deputat aldığı maaş qədər əlavə pul alır. Deputatların problemi çoxdur. Bu, pulnan ölçüləcək problem deyil. Elə anlar olur kömək istəyirlər, edə bilmirsən, hətta ağlayırsan ki, niyə bu şəxsə kömək edə bilmədim. Elə olur ki, haqsız tələb edən də olur. Deputat qapısına gələn adamı ümidsiz geri qaytarmır. Məqsədli şəkildə deputatları söyməyə yönləndirirlər".

aia.az
Cəlilabadda 34 ədəd hidrotexniki qurğu təmir olunub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, 11805 hektar əkin sahəsinə xidmət edən Cəlilabad Suvarma Sistemləri idarəsi sahələrin suvarılması üçün mənbə olaraq Cənubi Muğan kanalı və 3 ədəd su anbarından istifadə edir. Bunlar İncəçay su anbarı, Cəfərxanlı su anbarı və Göytəpə su anbarıdır. Ötən illə müqayisədə hər üç anbarda kifayət qədər su toplanıb. Anbarların əsas əhəmiyyəti ondan ibarətdir ki, suvarmanın qızğın vaxtında suya təlabat artarsa anbarların suyundan istifadə edilir. Ümumilikdə anbarlar vasitəsilə 1700 hektar ərazi suvarıla bilir. Bundan başqa idarənin balansında 12 ədəd nasos stansiya da fəaliyyət göstərir. Bunlardan, 10-u dizel yanacağı ilə, 2-i isə elektriklə işləyir.

Suvarmanın mütəşəkkil aparılması üçün Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanallarda lildən təmizləmə işləri daimi olaraq davam edir. Ötən il əsaslı təmir planına uyğun olaraq mexaniki kanalın 500 metr hissəsində təmir işləri həyata keçirilib. Bundan başqa 34 ədəd hidrotexniki qurğu və 4 ədəd nasos stansiya təmir olunub. İdarənin balansında olan 106 ədəd subartezian quyusundan isə əhalinin suvarma və içməli suya olan təlabatı üçün istifadə olunur. Bu il əsaslı təmir planında Muğan torpaq kanalının 1500 metrində betonlama işinin davamı nəzərdə tutulub ki, bununla da kanalın xidməti ərazisində olan torpaq sahələrinin suvarılmasında su itkisi minimuma endiriləcək.

Qeyd edək ki, Cəlilabad Suvarma Sistemləri İdarəsinin suvarılan 11805 hektar əkin sahəsindən 7100 hektarı taxıl, 12000 hektarından çoxu üzüm, 635 hektarı yem bitkisi, 100 hektarı pambıq, 240 hektarı həyətyanı sahə, 2515 hektarı meyvə- tərəvəz və bostan bitkiləridir.
 
 
 
 
 
Kamaləddin Qafarov: “Heydər Əliyev Azərbaycanın  parlamentarizm ənənələrinə yeni nəfəs gətirdi”

“ İyunun 15-də Azərbaycan xalqı Milli Qurtuluş Gününü bayram etdi. Ölkəmizdə vətəndaş müharibəsi və müstəqilliyin itirilmə təhlükəsinin yarandığı 1993-cü ilin may-iyun aylarında baş verən gərgin olaylar xatırlandı, Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsi, Azərbaycan Respublikası Ali Sovetinə (Milli Məclis) sədr seçilməsi və parlamentin 1993-cü il 15 iyun tarixli iclasında çıxışı yada salındı, həyata keçirdiyi xilaskarlıq missiyası bir daha xatırlandı. Qədirbilən Azərbaycan vətəndaşları parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərarının böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyirlər”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirib.

Millət vəkilinin sözlərinə görə, mürəkkəb bir şəraitdə Milli Məclisin qəbul etdiyi bu vacib qərar artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi: “Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə  aldı. Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi”.

Ulu Öndər Heydər Əliyevin Ali Sovetə sədrlik etdiyi 4 ay ərzində parlamentin çox mühüm qərarlar qəbul etdiyini xatırladan K.Qafarov ordu quruculuğu sahəsində verilən qərarların, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında ”Azərbaycan Respublikası Qanununun qəbul olunmasının, Konstitusiyada  və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edilməsinin, separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısının alınması üçün görülən işlərin əhəmiyyətindən danışıb: “Avqustun 7-də cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu.  Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam iddiaya  son qoyuldu”.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmiş, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin Azərbaycan reallıqlarına adaptasiyasına, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuş, demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. ““Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübarizə aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoru kimi tanındı”.

K.Qafarov deyib: “Fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmiş Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. O, öz nəhəng fəaliyyətində həmişə xalqa birlikdə olmuş, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, idarəetmə işinin ustadı və siyasətin kamil bilicisi Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir”.

AIA.Az
 
 


Muğlanın Marmaris rayonunda meşəlik ərazidə yanğın baş verib.

 Yanğının naməlum səbəbdən başladığı bildirilib.

Əraziyə ezam olunmuş yanğınsöndürən heyətlər yanğınla mübarizə aparır.

Hazırda həm havadan, həm də yerdən yanğının lokallaşdırılması istiqamətində işlər aparılır.



yunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov