Xəbər lenti



Türkiyə Silahlı Qüvvələrinin Raconu alması nəticəsində PKK-nın Amanos dağları vasitəsilə Aralıq dənizinə keçmək planları iflasa uğrayıb.

 

Bu barədə “Sabah” qəzetinin yazarı Özgür Cəbə məlumat yayıb.

Yazar bildirib ki, PKK Suriyada vətəndaş müharibəsindən də əvvəl Hatay vilayətinin Hassa rayonu vasitəsilə Amanos dağlarına keçib. Buradakı terror fəaliyyətləri ilə Hatay, Osmaniyə, Qaziantep, Qəhrəmanmaraş, Adıyaman və Malatyada çoxlu sayda hərbçi, polis və mülki vətəndaşı qətlə yetirib.

Afrinin YPG-nin nəzarətinə keçməsindən sonra PKK terrorçuları yay aylarında Hatay ərazisinə yollanırdılar. Qışda isə yenidən Raco, Şeyx Hədid və Bülbül rayonlarına qayıdırdılar.

Kəşfiyyat qurumları Türkiyə ordusu tərəfindən sərhəddə nəzarətin bərpa edilməsi nəticəsində Racoya geri qayıda bilməyən Amanos dağlarındakı 15 terrorçunun Qəndilə şifrəli mesajlar göndərərək çətin vəziyyətə düşdüklərini və yardım istədiklərini bildiriblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov