Xəbər lenti



Dağlıq Qarabağ separatçı qurumu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil.

 

Bunu KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. Onun sözlərinə görə, Qarabağda hər hansı savaş başlayarsa, separatçılara KTMT tərəfindən heç bir hərbi dəstək verilməyəcək:

“KTMT bütün razılaşmaları konkret olaraq Ermənistanla imzalayıb. İrəvan qarşısında müəyyən öhdəliyimiz var. Ermənistan vətəndaşları əmin olmalıdırlar ki, KTMT ehtiyac yaranacağı təqdirdə onları bəlada qoymayacaq”.

Generalın sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı vəziyyət olduqca gərgindir, hətta hər iki ölkə dəfələrlə bir-birilərinin paytaxtlarını almağa çalışıblar.

Sidorov, həmçinin bu iki ölkənin "böyük sovet ailəsində" sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını da xatırladıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov