Xəbər lenti




Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib. Gənclər və idman naziri Azad Rəhimov forumda çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Nazir deyib ki, ölkəmizdə gənclərin inkişafını dəstəkləmək, sağlamlığını qorumaq, onların təhsili və asudə vaxtlarının səmərəliliyini təmin etmək istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev gənclərə hər zaman diqqət göstərir, onların problemlərinin həllinə xüsusi fikir verir. Nazir dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını xüsusi qeyd edib.



Gənclər və İdman Nazirliyinin dünyanın 65 ölkəsi ilə gənclər və idman sahəsində əməkdaşlıq etdiyini vurğulayan Azad Rəhimov deyib: “Bu il biz ilk dəfə yeniyetmələr arasında istedadların hazırlanması laboratoriyasını beynəlxalq formatda təşkil etdik. Azərbaycan Rusiya Federasiyasının Soçi şəhərində Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında böyük nümayəndə heyəti ilə təmsil olunub”.

Nazir forumun işinə uğurlar arzulayıb. Tədbir digər çıxışlarla davam edib.











İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası başlayıb.

Təşkilatın əsas gündəm məsələsi Qüds böhranı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə keçirilən iclasda 16 ölkənin lideri, 4 ölkənin baş naziri, 2 ölkənin parlament sədri iştirak edəcək. İclasda iştirak edən ümumi dövlətlərin sayı 48 olacaq.

İƏT-in ümumi iclası Bakı vaxtı ilə saat 08:00-da başlayıb. Artıq təşkilatın iclasında iştirak üçün Azərbaycan, Şimali Kipr, Fələstin və İran prezidentləri, Qətər kralı İstanbula gedib. Bu gün Küveyt kralının da yaxın saatlarda İstanbula gəlməsi gözlənilir.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, ümumilikdə, 9 islam ölkəsi hələlik görüşə qatılmaqla bağlı heç bir açıqlama verməyib.






Qüdsdə, bu qədim şəhərin küçələrində dolanan hər kəs oranın işğal altında olduğunu anlayacaq".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

O bildirib ki, dekabrın 6-da ABŞ beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb: “Bu şəhərlə bağlı belə qərarın açıqlanmasının heç bir hökmü ola bilməz. ABŞ-ın da veto hüququna malik olduğu BMT TŞ qərarına əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. ABŞ-ın bu hüquqsuz qərarına yalnız Qüdsü işğal altında saxlayan İsrail dəstək verib. İslam ölkələri ilk andan açıq şəkildə bu qərarı  tamamilə rədd edib. Bu qərarın vicdan, hüquq, əxlaq və tarix önündə hökmsüz olduğunu elan etdik. Bu barışı istəyən fələstlinlilərin cəzalandırılması mənasına gəlir.

1947-ci ildə və indi İsrail və Fələstinin ərazilərini müqayisə etdikdə, İsrailin işğalçı və terrorçu dövlət olduğu aydın görünür".




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov