Xəbər lenti



Həm ölkədaxili, həm də ölkə xaricində olan xainlər istisnasız olaraq məsuliyyətə cəlb olunana kimi, bütün təhdidlər tam aradan qalxana kimi, Ankara Fətullah Gülənin terrorçu hərəkatına qarşı  qətiyyətli mübarizəni davam etdirəcək.“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qırğızıstanlı həmkarı Soorobay Jeenbekovla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.  

Ərdoğan deyib ki, Gülən hərəkatı təkcə Türkiyə üçün deyil eyni zamanda digər ölkələr o cümlədən, Qırğızıstan üçün real təhlükə yaradır.

“Bu cinayətkar təşkilatın məhv edilməsi bilavasitə dövlət başçılarının vəzifəsidir”, - deyə Türkiyə lideri vurğulayıb.

“Tam əminəm ki, Qırğızıstan prezidenti Gülən tərəfdarlarının fəaliyyətinin qarşısını almaq üçün çevik və qətiyyətli addımlar atacaq. Ankara öz növbəsində Bişkekə bütün lazımi yardımı göstərməyə hazırdır”, - deyə Ərdoğan  vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov