Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetinin nümayəndə heyəti aprelin 9-da Azərbaycana akademik səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində
Silahlı Qüvvələrin Hərbi Akademiyasında
ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar edilib, ətraflı məlumat verilib.