Xəbər lenti



Bakı. 10 aprel. / Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə "Tibbi Turizm" üzrə Alman-Azərbaycan biznes-forumu işə başlayıb. 

“Report” xəbər verir ki, tədbiri AHK-nin Azərbaycan üzrə icraçı direktoru Tobias Baumann açıq elan edib.

Biznes-forumda iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin İqtisadi Attaşesi Heike Möckel qeyd edib ki, Almaniya və Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar var. O vurğulayıb ki, tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirmək və alman klinikaları, tibb müəssisələri və onların azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.

"AHK Azərbaycan"ın İdarə Heyətinin üzvü isə Malik Kərimov Azərbaycan və Almaniya arasında tibbi münasibətlərin tarixindən danışıb.

Biznes-forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Berlin biznes və texnologiya tərəfdaşı" GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir. Forum zamanı iştirakçılar yeni biznes imkanları əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx əməkdaşlığının bir hissəsi olaraq şəbəkələrini genişləndirə bilərlər.

Qeyd edək ki, Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, həyata keçirilən zəruri proqramlar, layihələr və qabaqcıl texnologiyaların tətbiqi, yeni kadr potensialının hazırlanması Azərbaycan hökumətinin prioritet istiqamətlərindəndir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov