İrəvanda etirazçılar dövlət qurumlarının binalarını mühasirəyə alıb.
Ölkə prokurorluğu, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsi, təhsil, mədəniyyət və xaricdə yaşayanlarla iş üzrə nazirlik,
Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və daxili təhlükəsizlik baş idarəsinin binası mühasirəyə alınıb.
“Mənim addımım” hərəkatının üzvləri Nikol Paşinyanın bəyanatından sonra hökümət binalarını mühasirəyə almağa davam edirlər.
Nikol Paşinyan mitinqlərin keçirilmə yerinin dəyişdirildiyini, aksiyanın bu gün saat 18:30-da "Respublika" meydanına davam edəcəyin bəyan edib. Paşinyan bildirib ki, bir qrup erməni
Moskvadakı Ermənistan səfirliyinə daxil olaraq, orada oturaq aksiya keçirib.