Xəbər lenti



Aprelin 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub. 

Ötən il, eləcə də bu ilin ilk rübünün nəticələrinə əsasən ticarət dövriyyəsinin artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi olduğunu vurğulayıb. Dövlət başçısı ölkələrimizin birgə səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini, eləcə də ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini deyib.

Maksim Oreşkin qeyd edib ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır. Rusiyalı qonaq qeyd etdi ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevin deputat mandatına xitam veriləcək.
 
bizimaz.az "Report”a istinadən xəbər verir ki, R.Rzayev deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.
 
Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə deputat seçilən Rzayev Rövşən Şükür oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Komitənin bundan əvvəlki sədri isə Baş nazirin müavini Əli Həsənov olub.


Prezident İlham Əliyev Novruz İsmayıl oğlu Məmmədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam bu gündən qüvvəyə minib.

Qeyd edək ki, bu gün Milli Məclisdə N.Məmmədovun Baş nazir postuna namizədliyi təsdiqlənmişdi.



Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı eks həmkarı Hüseyn Abdullayevin  Azərbaycana gətirilərək həbs edilməsindən danışıb. 

O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, kimliyindən asılı olmayaraq  kim  Azərbaycan qanunvericiliyini pozursa və cinayət əməlinə yol verirsə, o cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Hüseyn Abdullayev də qanunvericiliyi pozubsa ona hər hansı istisnalar ola bilməz. Bu fakta xüsusi yanaşma sərgiləməməliyik. Düşünürəm ki, məsələni fərdi müstəvidə izah etməyə ehtiyac yoxdur. 

Mənə elə gəlir ki, onun həbsini indiki situasiya ilə əlaqələndirmək düzgün deyil. Sadəcə olaraq hüquq- mühafizə orqanlarının uzun müddətdən sonra aparmış olduğu araşdırmalar təsadüfən indiki zamana düşdü. Bu təsadüfi bir uyğunluqdur. Hüseyn Abdullayev elə xüsusi çəkiyə malik deyil. O bir Azərbaycan vətəndaşıdır və  başqaları kimi müəyyən qanun pozuntularına yol verib. Harda yaşamasından asılı olmayaraq digər şəxsləri də əminəm ki, hüquq-mühafizə orqanlarımız Azərbaycana gətirəcək və onların da qanun qarşısında cavab verməsinə nail olacaqlar. 

Hüseyn Abdullayev artıq sabiq deputatdır. Onun toxunulmazlığı vaxtilə aradan götürülüb. Ona görə də “Deputatın toxunulmazlığı haqqında” qanun eks deputatların heç birinə tətbiq olunmur”.

 Günel Türksoy



Ötən gün, aprelin 18-də, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

 məlumatına görə, inauqurasiya mərasimindən sonra prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

Azərbaycan Respublikası prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Bundan sonra Azərbaycan prezidenti ailə üzvləri ilə birlikdə İlham Əliyevin iş otağında olublar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında mərasimdən sonra ailə üzvləri ilə birlikdə İlham Əliyevin iş otağında çəkdirdiyi şəkilləri paylaşıb.



Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növü üzrə keçirdiyi imtahanda iştirak edən namizədlərin yaş kateqoriyası və gender aspektləri üzrə statistik məlumatlar açıqlanıb. 

 məlumatına görə, imtahanda iştirak etmək məqsədilə qeydiyyatdan keçən 1537 namizəddən 970 nəfəri kişi, 567 nəfəri isə qadın iddiaçılar olub.

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86 %-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90 %-i) 20-34 yaş intervalında olanlardır.

Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin üçü kişi, biri isə qadındır. Bildirilib ki, yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib.

Ümumiyyətlə, imtahanda iştirak edən və yaşı 45-dən yuxarı namizədlərin yalnız bir nəfəri imtahanda uğur əldə edə bilib.

Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1537 namizəddən 469 nəfəri müvəffəqiyyət qazanıb.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 388 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 78 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 53 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12 nəfər müvəffəqiyyət qazanıb.

Bundan başqa, 1537 namizəddən 174 nəfəri ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmamış şəxslərdir. Onlardan yalnız 13 nəfər (7,4%) uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən bir nəfər xarici təhsil müəssisəsini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

DİM tərəfindən dövlət qulluğu üzrə keçirilən imtahanlar nəticəsində ümumilikdə 1439 nəfər keçid balını toplayaraq müxtəlif altqruplara aid 1515 sertifikat əldə etmək hüququ qazanıb.

Qeyd edək ki, A növü üzrə vakant vəzifələri tutmaq üçün növbəti test imtahanı mayın 26-da, B növü vəzifələr üzrə imtahanlar isə aprelin 22-də və iyunun 30-da keçiriləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov