Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Alatava və II Alatava yaşayış massivində, 17 aprel 2018-ci il tarixində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu haqda “Azərsu” ASC-dən məlumat verilib.
Məlumatda bildirilib ki, suyun məhdudiyyətlə verilmə səbəbi magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir