İyunun 4-də
Kənd Təsərrüfatı Nazirliyiyanında “Aqrolizinq” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” quruma istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 40 ünvanında (Hökumət Evində) olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin nizamnamə kapitalının 160 mln. manat və yaxud 28,5% artırılaraq 721 627 540 manata çatdırılması məsələsi daxildir. Bunun üçün “Aqrolizinq”in dövriyyədə olan 2 manatlıq nominal dəyərə malik səhmlərinin sayı 280 813 770-dən 360 813 770-ə çatdırılacaq.