Xəbər lenti



Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay da davam etdirilib.
məlumata  görə, mart ayında Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 29 əcnəbi aşkarlanıb. Onlardan 24-ü barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 5-i barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 896 müraciət daxil olub. Bu müraciətlərdən 70-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərəmüvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Mart ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 826 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 367-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.


"Əsrlər boyu müxtəlif sivilizasiyalar burada - Avropa və Asiyanın kəsişməsində görüşüb. Azərbaycan müxtəlif etnik köklərə və dinlərə malik insanların hər zaman sülh və harmoniyada yaşadığı torpaq kimi tanınıb"
 xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə verilən ziyafətdə çıxışında deyib.

M.Əliyeva bildirib ki, biz hər zaman humanizmin, dialoq və həmrəyliyin təbliği üçün əlimizdən gələni etmişik: "Siyasətimizin əsas prinsiplərindən biri etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqların təmin edilməsidir. Bu prinsip 100 il bundan əvvəl - 1918-ci ildə Azərbaycan müsəlman dünyasında ilk parlamentli respublikanı yaradan zaman müəyyən olunmuşdu. Bu, Azərbaycan Xalq Cümhuriyyəti idi. Həmin vaxt Azərbaycan həm kişilərə, həm də qadınlara siyasi hüquqlar verən ilk müsəlman ölkəsi oldu".

Birinci vitse-prezident vurğulayıb ki, sivilizasiyalararası dialoqda oynadığı fəal rolu sayəsində bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınır.

"Ölkəmiz dünyanın üzləşdiyi çox sayda ciddi problemləri müzakirə etmək üçün müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Buna misal olaraq, biz 2018-ci ildə 10 ili tamam olan “Bakı Prosesi”ni göstərə bilərik. Bilirsiniz ki, Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan azsaylı ölkələrdən biridir. “Bakı Prosesi” İslam və Qərb sivilizasiyaları, xalqları və mədəniyyətləri arasında dialoq və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərini Avropa Şurasından olan həmkarlarının görüşünə dəvət etmişdik. Tarixdə ilk dəfə olaraq hər iki təşkilatın nazirləri Bakıda görüşdülər. Bu gün “Bakı Prosesi” inkişaf etməkdə davam edir. Bundan əlavə, biz, həmçinin BMT, UNESCO, ISESCO, Avropa Şurası və bir çox başqa təşkilatların dəstəklədiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik".

M.Əliyeva daha sonra diqqəti Dağlıq Qarabağ probleminə yönəldib: "Əfsuslar olsun ki, Azərbaycan hələ də həll olunmamış böyük problemlə üz-üzədir. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bununla belə, Ermənistan sülh səylərinə məhəl qoymur və təcavüzü davam etdirir. Münaqişə beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bununla belə, Ermənistan onları yerinə yetirməkdən imtina edir.

Mən qeyd etmək istərdim ki, ölkəmizin ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanınır. Bu təşkilat hər zaman bizim siyasi mövqeyimizi qlobal səviyyədə dəstəkləyib. Bununla əlaqədar təşkilat bir neçə qətnamə və qərarlar qəbul edib. Mən bu dəstəyə görə sizə minnətdaram".

Birinci vitse-prezident xatırladıb ki, 2019-cu ildə Bakı Qoşulmama Hərəkatı ölkələrinin Sammitinə ev sahibliyi edəcək: "Növbəti üç il ərzində Azərbaycan 120 üzv ölkəni birləşdirən bu mühüm təşkilata sədrlik edəcək. Bütün bu addımlar, o cümlədən Bakıdakı bu konfrans bir daha bizim uğurlu əməkdaşlığımızı sübut edir.

Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz problemlərə baxmayaraq, Azərbaycan öz uğurlu inkişaf strategiyasını müəyyən edib. Ölkəmiz mühüm siyasi və iqtisadi islahatlar həyata keçirib. Enerji ehtiyatlarımızdan istifadə edərək biz qeyri-neft sektoruna, insan kapitalına və infrastruktura investisiya yatırırıq. Bu, ölkəmizin davamlı inkişafını təmin etməyə kömək edir".

M.Əliyeva vurğulayıb ki, Azərbaycan “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

"2000-ci ildən ölkəmiz “Ekspo” hərəkatının fəal üzvüdür. Bizim milli pavilyonlarımız 2015-ci ildə Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar alıb. Azərbaycan “Ekspo 2025”ə yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə malikdir. 2015-ci ildə biz ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Biz Formula 1 yarışına ev sahibliyi edərkən də yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdik. Bildiyiniz kimi, 2017-ci ildə Bakıda keçirilmiş Formula 1 Qran-Prisi dünyada ən möhtəşəm və ən maraqlı yarış kimi qiymətləndirildi.

Biz hesab edirik ki, Ümumdünya Sərgisi müxtəlif ölkələrin dünyanın ən vacib problemləri ilə bağlı öz fikirlərini ifadə etməsi üçün nadir platformadır. Bu sərgilər bütün beynəlxalq ictimaiyyəti müzakirə aparmaq və əməkdaşlıq etmək üçün bir araya gətirir. Bu sahədəki nailiyyətlərimizi nəzərə alaraq, inanırıq ki, biz belə bir nüfuzlu tədbirə ən yaxşı ev sahibliyi edə bilərik",

Birinci vitse-prezident çıxışına əlavə edib ki, biz “qara qızılı” insan kapitalına çevirməyə müvəffəq olmuşuq. Təbii ki, biz bütün bunları xalqımızın zəngin insan potensialı sayəsində etmişik.

"Bu gün texnologiyanın insanlara təsiri dünyanın əsas çağırışlarından biridir. Ona görə də “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu tərəfimizdən “Ekspo 2025” üçün seçilmişdir. Biz insanları, - insan kapitalını, dünyanın ən güclü ehtiyatını, - bəşəri debatın mərkəzinə qoyacağıq. Bakıdakı “Ekspo” Ümumdünya Sərgisi, həmçinin təşkilata yeni bazarda yeni auditoriyalarla əlaqə saxlamaq imkanı yaradacaq.

Deyə bilərəm ki, namizədliyimiz qalib gələrsə, Azərbaycan bütün Şərqi Avropa, QafqazXəzər regionunda “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk ölkə olacaq. Ümidvaram ki, siz ölkəmizin “Ekspo 2025” üçün namizədliyini dəstəkləyəcəksiniz",

Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının  Solsberidə  baş vermiş kimvəyi zəhərlənmə insidenti ilə bağlı iclası keçirilir.

 “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzyanın  “Britaniya baş naziri Tereza Meyin insidentlə əlaqədar göndərdiyi məktubu” üzrə açıq iclasın çağırılmasına dair vəsatəti əsasında keçirilir.

Rusiyalı diplomatın sözlərinə görə, “Skripal işi” ətrafında yaranmış mürəkkəb situasiya beynəlxalq sabitlik və təhlükəsizliyə təhdiddir.

İnsident martın 4-də Britaniyanın Solsberi şəhərində baş verib. London keçmiş rusiyalı casus və onun  qızının sinir-paralitik maddə ilə zəhərlənməsində birbaşa Moskvanı günahlandırır.

Rusiya bu ittihamları rədd edir və Solsberinin Böyük Britaniyanın müdafiə nazirliyinin kimyəvi laboratoriyası yaxınlığında yerləşdiyini xatırladaraq, təxribatın olduğuna eyham vurur.





Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edilib. 

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. 

Fərmana əsasən yerli icra hakimiyyəti orqanlarının küçə reklamının yerləşdirilməsinə icazə vermək səlahiyyəti ləğv olunub. 

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddə 477, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli 1827 nömrəli, 28 fevral tarixli 1851 nömrəli və 7 mart tarixli 1877 nömrəli Fərmanları) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4.11.15-ci yarımbənd ləğv edilsin.

2. 4.18.2-ci yarımbənddən “4.11.15-ci,” sözləri çıxarılsın.

Qeyd edək ki, 2017-ci il iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

 Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Reklam Agentliyi həyata keçirəcək. 

Reklam Agentliyi avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.



"Azərbaycan hökumətinin əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun aradan qaldırılması, davamlı iqtisadi inkişafa nail olunması və bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verir".

Bunu "Qadın hüquqlarının müdafiəsi: Beynəlxalq və milli aspektlər" kitabının təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, qadınların imkan və bacarıqlarının reallaşdırılması, keyfiyyətli fəaliyyət göstərməsi vacibdir: "Hazırda Azərbaycan qadınları dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər".

H.Hüseynovanın sözlərinə görə, son illər yeni qanunların, dövlət proqramlarının qəbul edilməsi, sərəncam və fərmanların imzalanması insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına və stereotiplərin müəyyən qədər qırılmasına təkan verməyə başlayıb: "Hazırda Azərbaycan əhalisinin 50.2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar".

Komitə sədri qeyd edib ki, qadın problemlərinin azaldılması və həlli istiqamətində qadınların özləri də səy göstərməlidirlər: "Öz hüquqlarını bilməklə və vəzifələrini yerinə yetirməklə onlar özləri də qadın siyasətinin formalaşmasında və bir çox problemlərin həlli istiqamətində mühüm rol oynamış olar".



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. 

Ardını oxu...



Seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün müəyyən edilən vaxt sabah başa çatır.

B
u barədə aprelin 11-ə təyin edilən Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub.

Qanunvericiliyə əsasən, seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşları seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələri müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edə bilər. Bu müddət aprelin 6-dək davam edəcək.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov