Xəbər lenti



"Düşünmürəm ki, media subyektlərinin reyestrə müraciət etməsi üçün az müddət qalıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

Ə.İsmayılov bildirib ki, hələ xeyli vaxt var.:

Onun sözlərinə görə, məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, bu müddət ərzində edə bilərlər.

Əhməd İsmayılov onu da vurğuayıb ki, Media Reyestrində qeydiyyatdan keçməyən media subyektləri məhkəməyə veriləcək: "Onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq".

Ramid İbrahimov



Dünən, yanvarın 11-də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələnin ildönümü idi. 2021-ci ilin bu günündə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən üçtərəfli görüşünün yekunlarına əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasından bəhs edən birgə bəyanat imzalanıb.

Belə görüşlər, bəyanatlar çox olub, bəs Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra danışıqlar prosesində real nəticələr varmı? Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Oxu.Az-a müsahibəsində qeyd edib ki, ötən illər ərzində bəzi tərpənişlər olub, lakin Ermənistan-Azərbaycan əlaqələri ilə bağlı dəyişiklik yoxdur:

 

- Ermənistan tərəfi imzaladığı müəyyən müddəalara əməl etməlidir, lakin İrəvan bunu etməkdən qorxur. Bəli, minalanmış ərazilərin bəzi xəritələrinin ötürüldüyü məlumdur, lakin bu, çox kiçik bir nəticədir. Ermənistan Qarabağa iddialardan əl çəkməlidir. Amma bunu dəfələrlə demişəm, Nikol Paşinyan qorxur ki, Bakının şərtləri ilə razılaşarsa, onunla haqq-hesab çürüdüləcək. Şərtlər isə sadədir: Qarabağ erməniləri Azərbaycan vətəndaşı olurlar, heç bir muxtariyyət almırlar. Amma yerli hakimiyyət orqanlarına öz adamlarını seçmək imkanı yaranacaq (ölkənin istənilən regionunda olduğu kimi – red.). Bu, birinci variantdır.

Alternativ də var: ermənilərin əksəriyyətini Qarabağdan çıxarmaq. Hər iki variant Paşinyanı qorxudur.

- Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirdi ki, Ermənistan tərəfi öz burnundan uzağı görməlidir, çünki 2023-cü ildən sonra 2024-cü il gələcək, daha sonra, 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Ona görə də 2023-cü il Ermənistan üçün son şansdır...

- Paşinyan Azərbaycan şərtlərini çox ağır hesab edir, Ermənistan əhalisi və erməni diasporu eyni cür düşünür. Belə şəraitdə Ermənistanın baş naziri qərara gəlib ki, Rusiyadan Ermənistan tərəfindən daha aktiv çıxış etməyi xahiş eləsin. Amma Moskva bunu istəmir, xüsusən ona görə ki, indi onun hərbi əməliyyatlara görə (Ukraynada – red.) öz qayğıları var. Bu şəraitdə Nikol Paşinyan Rusiyanı Fransaya dəyişməyə başladı.

Fransa hakimiyyətinin müxtəlif qollarının çoxsaylı qərar və qətnamələri hamıya yaxşı məlumdur. Ermənistanın regiona beynəlxalq sülhməramlıları çağırması heç kimə sirr deyil. Bakı, təbii ki, Qarabağda fransızların peyda olmasına imkan verməyəcək, lakin İrəvan onları heç olmasa Ermənistanla Azərbaycan sərhədində yerləşdirmək istəyir.

Ermənistanın Rusiyadan Fransaya keçmək cəhdi var. Açığını deyim ki, Paşinyan çoxdan Rusiyadan imtina edərək Fransa və ABŞ-dan yapışar və Qərb qüvvələrinin Ermənistana “yerləşəcəyi” ümidi ilə Rusiya maraqlarını Qərbə satardı. Amma fransızlar və amerikalılar erməni maraqları üçün döyüşmək istəmirlər. Onların da elə Ukrayna böhranı da daxil olmaqla bir sıra öz problemləri var, onların Ermənistandan başqa məşğuliyyətləri var. Elə həmin Fransa Prezidenti Emmanuel Makron indi pensiya islahatı ilə bağlı daxili siyasi böhran içərisindədir, reytinqləri düşür və s. Bu isə bugünkü prosesin əsas intriqasıdır.

Ən böyük ehtimal odur ki, Qərbdə heç kim heç nə etməyəcək, Paşinyan Fransa ilə Rusiya arasında vurnuxmağa davam edəcək. Amma 2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacaq, onlar regionu tərk edəcəklər, Azərbaycan Ordusu sakitcə ora daxil olacaq. Bu, hadisələrin ən çox ehtimal olunan inkişafı olacaq.

- Artıq dediniz ki, İrəvanın Ermənistan-Azərbaycan sərhədində beynəlxalq kontingenti yerləşdirməklə yanaşı, Qarabağa çoxmillətli sülhməramlı missiya göndərmək istərdi. Bunu Nikol Paşinyan da təsdiqləyib və bu yolla “10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla qurulan təhlükəsizlik arxitekturasının” təmin oluna biləcəyini bildirib. Amma Fransa və ABŞ-nin noyabrın 9-dan 10-na keçən gecə imzalanan bəyanata heç bir dəxli yoxdur.

- Bu açıqlama Nikol Paşinyanın çıxılmaz vəziyyətdə olduğunu göstərir. Bəli, o, rusiyalı sülhməramlıları fransalılarla və amerikalılarla əvəz etmək istərdi, bu, onun xəyalıdır. Amma bunu necə etmək olar? Yenə deyirəm - Bakı buna imkan verməyəcək və ümumiyyətlə, heç kim ermənilər üçün Azərbaycanla vuruşmaq istəmir.

Nair Əliyev



Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (İHR) İranda ölən etirazçıların sayının 481-ə yüksəldiyini bildirib.

Bu barədə İHR-nin internet saytında dərc etdiyi hesabatda qeyd olunub.

Həyatını itirən nümayişçilərdən 35-nin qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.



Koronavirusun “Omikron” variantının bir çox ölkələrdə, xüsusən də ABŞ-də yenidən artmasından sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrə, hava yolu ilə səyahət edən sərnişinlərə maska ​​taxmağı tövsiyə edib.

ÜST-nin Avropa Fövqəladə hallar üzrə direktoru Ketrin Smolvud bu günə qədər virusun ən sürətli yayılan “XBB.1.5” altvariantının Avropada az olduğunu, lakin getdikcə artdığını mətbuat konfransında açıqlayıb.

 

Sərnişinlərə riskin daha yüksək olduğu hallarda, məsələn, uzun sürən təyyarə səfərlərində maska ​​taxmaq tövsiyə olunub.

Bu günə qədər ən sürətli yayıldığı aşkar edilən “Omikron”un altvariantı olan “XBB.1.5” yanvarın 7-nə qədər aparılan araşdırmalarda ABŞ-də koronavirus xəstələrinin 27,6 faizində təsbit olunub.

Mütəxəssislər deyirlər ki, mövcud vaksinlər xəstələri ağır simptomlardan, xəstəxanaya yerləşdirmə nisbətlərindən və ölümdən əhəmiyyətli dərəcədə qoruyur.

Kamaləddin Qafarov: “Qarabağda  müxtəlif yarışların keçirilməsinin   rəmzi mənası var”

“ Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olunub. Bu inkişaf ölkəmizin aparıcı sahələrindən olan idmanda da öz əksini tapıb. Ölkəmizin idmançılarının beynəlxalq yarış və turnirlərdə əldə etdikləri qələbələr, eləcə də Azərbaycanda keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri olduğunu təsdiqləyir. Ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan idman və gənclər siyasəti bu gün öz gözəl nəticələrini verməkdədir. 2023-cü il yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən möhtərəm dövlət başçımız da öz çıxışında qeyd etmişdir ki, idmançılarımız 2022-ci ildə beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar və onlardan 300-ə yaxını qızıl medaldır. Əlbəttə ki, bu, çox böyük nailiyyətdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat gənc idmançıların yetişdirilməsinin Azərbaycanda həyata keçirilən idman siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, məhz bu siyasət ölkəmizdə idmanın inkişafına dinamik xarakter verir: “Maraqlı məqam ondan ibarətdir ki, 5 il əvvəl Bakıda keçirilən yarışlarda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Bu da onu göstərir ki, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Yəni, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi yeni nəsli təmsil edən gənc idmançılara ötürülür. Rayon və bölgələrdə keçirilən çoxsaylı idman tədbirləri gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır.”

K.Qafarov Azərbaycanda idmanın ölkənin ictimai həyatının önəmli bir hissəsi olduğunu qeyd edərək deyib: “Bu gün ölkəmizdə hər kəsin idmanla məşğul olması üçün bütün imkanlar var. İndiyədək rayon və bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses hal-hazırda yüksək dinamika ilə davam etdirilir. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, bunun çox böyük tarixi əhəmiyyəti və siyasi önəmi vardır. Çünki azad edilmiş ərazilər indi canlanır, həmin torpaqlara həyat qayıdır. Azərbaycanın tarixi Zəfərindən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanıb və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Dövlət başçısı bu idman hadisələrini yüksək qiymətləndirdiyini vurğulayıb və bildirib ki, bu tendensiya bu il də davam etdirilməlidir. Azərbaycanın idman ölkəsi olaraq dünyada nüfuzunun daha da artması baxımından ölkəmizdə keçirilən beynəlxalq yarışların önəmi xüsusilə böyükdür. Azərbaycanda həm dünya, həm Avropa çempionatları keçiriləcək. Məlumdur ki, hazırda dünyanın idman ictimaiyyəti növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir. Dövlətimizin başçısınn qeyd etdiyi kimi, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə də bizim bütün idman ictimaiyyətimiz əsas istiqaməti bunda görməlidir ki, Azərbaycan növbəti Yay Olimpiya Oyunlarında da öz gücünü bir daha təsdiqləsin.”
 
 


NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli Rusiyaya qarşı “sərt güc”dən istifadə etməyə çağırıb.

“Alyansın üzvləri bu həqiqəti dərk etməlidirlər: Sərt güc reallıqdır”, - deyə o bildirib.

 ABŞ generalı qeyd edib ki, Ukraynadakı münaqişənin miqyası Şimali Atlantika Alyansının bütün son təsəvvürləri ilə müqayisə oluna bilməz.

“Biz bununla mübarizə aparmalıyıq”, - deyə Kavoli bəyan edib.

O vurğulayıb ki, NATO-nun Rusiyaya qarşı müdafiədə prioriteti yumşaq güc diplomatiyası deyil, tanklar, artilleriya və bütün növ atəş gücünü idarə etmək bacarığı olmalıdır.



“Biz indi yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Amma eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış strukturlar yaradılıb”. 

Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib.

“Bu təcrübəni sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik” - dövlət başçısı əlavə edib. 



“Ermənistan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir”.

 Bu barədə ölkənin baş nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bəyan etmişdi.

Paşinyanın sözlərinə görə, bu, təlimlər baş tutmayacaq.

 



Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 9 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, 2 minik və 6 “KamAZ” markalı maşın Xankəndindən Laçın istiqamətinə keçid edib. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, bu gün ərzində Xankəndi-Laçın yolundan ümumilikdə BQXK-ya məxsus 2, Rusiya sülhməramlılarına məxsus 13 avtomobil maneəsiz hərəkət edib.

10:55

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, minik maşınları Xankəndidən Laçın istiqamətinə keçid edib. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, bu gün ərzində Xankəndi-Laçın yolundan ümumilikdə BQXK-ya məxsus 2, Rusiya sülhməramlılarına məxsus 4 avtomobil maneəsiz hərəkət edib.

10:25

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik, 1 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov