Avrasiya İqtisadi Birliyinin Ali Şura iclasında iştirak edən Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani avtobusda selfi çəkdirib.
Moderator.az xəbər verir ki, iclasda iştirak edən Rusiya prezidienti Vladimir Putin, Qazaxıstan prezidenti Qasım Comərd Tokayev, İran prezidenti Həsən Ruhani, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov, Moldova prezidenti İqor Dodon və Ermənistanın baş naziri Nikol Paşinyan toplantıdan sonra olduqları bir avtobusda fotoşəkil çəkilib.
Sözügedən fotoşəkili sosial media hesabından bölüşən Paşinyan fotoya " Avtobus selfiesi, bu qısa müddətdə mühüm qərarları həll etdik" ifadələrindən istifadə edib.