basreklam

Xəbər lenti


Yanınızda güclü cinsdən heç kəs yoxdur? Xarici ölkələrdə tək istirahət eləməyə qorxursunuz? Narahat olmayın, qadınların rahat istirahət edəcəyi ölkələrin siyahısı açıqlanıb.

 

Ekspertlərin fikrincə, qadın turistlər üçün ən təhlükəsiz yer Kanadadır. Bu ölkədə cinayətkarlıq faizi azdır, əhali qonaqpərvərdir. Üstəlik, Vankuver və Monrealı görəcəksiniz.

"SMnews"-un yazdığına görə, siyahıda ikinci yeri İtaliya tutur. Çılğın italyanlar gözəl qadınların arxasınca fit çalsalar da, qadına qarşı ədəbsiz davranmağı heç vaxt özlərinə yaraşdırmazlar. Onlar çox alicənabdırlar.  

Malta da təhlükəsiz ölkədir, deyirlər, orada hər kəs bir-birini tanıyır.

Yaponiya da ən təhlükəsiz ölkələrdəndir. Oğrular, demək olar, yoxdur, qadınlara və uşaqlara xüsusi münasibət mövcuddur. Orada qadınların işə rahat gəlib-getməsi üçün ayrıca vaqonlar da ayrılıb. 

"Beşliyi" dünyanın ən zəngin və təhlükəsiz ölkələrindən sayılan Sinqapur tamamlayır. \

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov