basreklam

Xəbər lenti

 

Üç milyard il əvvəl Marsda nəhəng sunami baş verib.

 

Fransa, Avstraliya və İspaniyadan olan alimlər belə qənaətə gəliblər.

Astronomlar həmin kataklizmdən sonra qalmış krateri tapıblar. Lomonosov adlı kraterin diametri 120 kilometrdir.

Ümumiyyətlə, əksər ekspertlər bir neçə milyard il əvvəl qırmızı planetdə okeanın mövcud olması fikri ilə razıdırlar. Eyni zamanda, zərbə kraterlərinin çoxluğu ondan xəbər verir ki, Marsa vaxtaşırı asteroidlər düşüb.

Əgər asteroiddən biri Marsdakı dənizə düşsəydi, planetdə nəhəng sunami yarana bilərdi. Alimlər bir neçə il əvvəl Marsda Yerdəki sunami izlərinə çox bənzər geoloji çöküntü aşkarlayıblar.

Tapıntılar göstərir ki, iri dalğa üç milyard il qabaq Böyük Şimal düzənliyindən gəlib. Alimlər kataklizmin “izini” tapmaq məqsədilə Marsın zərbə kraterlərinin siyahısını hazırlayıblar.

Mütəxəssislər “iz”in Lomonosov, Miku, Korolyov və Milankoviç kraterlərində ola biləcəyi ehtimalı üzərində dayanıblar. Lakin Lomonosov digərlərindən fərqlənir. Onun forması kraterin dəniz dibində formalaşmasından xəbər verir. Bundan başqa, onun dairə strukturu dağılıb. Araşdırmaçılar güman edirlər ki, bu, sunaminin zərbəsi nəticəsində baş verib.

Bütün bunlar o deməkdir ki, Marsda ən azı həmin fəlakətə qədər okean olub.

 

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov