basreklam

Xəbər lenti

Sağlam olmağın 50 SİRRİ - Professor AÇIQLADI
 

Türkiyənin İstanbul Universiteti Onkologiya İnstitutunun rektoru, professor Ərkan Topuz sağlamlıq məsələsində diqqət edilməsi vacib olan 50 məqamı qeyd edib.

 

Bizimaz.az oxucular üçün maraqlı və faydalı olacaq bu tövsiyələri təqdim edir.

1. Gündə ən az 6-7 saat qaranlıq otaqda yatın.

2. Həftədə ən az 6 gün tez yatın, tez oyanın.

3. Elektrikli cihazlardan mümkün olduğu qədər uzaq dayanın. İstifadə etmədiyiniz zaman yaxınlığınızda saxlamayın.

4. Kompüterinizi açıq saxlamayın.

5. Telefonla az danışın.

6. Mobil telefonla danışıq 30 saniyədən çox çəkməsin.

7. Şampunlar və duş gelləri kanserogen maddələrdir. Bədəninizi sabunla yuyun və bol sudan istifadə edin.

8. Vaxt olduqca çılpaq ayaqla torpaq üzərində gəzin.

9. Evdə geyindiyiniz tərliyin rezin və plastik olmamasına diqqət edin.

10. Gecə yatanda otaqdakı televizoru, kompüteri əsas düyməsindən söndürün.

11. Mobil telefonunuzu yatdığınız otağa qoymayın.

12. Həftədə 4 dəfə balıq yeyin və balıq şorbası için. Balığın qılçığı xərçəng əleyhinə vasitədir. Mümkünsə, balığı qılçığı ilə yeyin.

13. Zəncəfildən bol istifadə edin.

14. Gündə iki stəkan pomidor suyu için.

15. Qaya duzdan istifadə edin.

16. Zeytun yağı faydalıdır. Qəlyanaltıda bir yemək qaşığı zeytun yağının içinə kəklikotu, nanə qarışdırıb yeyin.

17. Qara düyüdən istifadə edin.

18. Zeytundan çox yeyin.

19. Yağsız pendir və keçi pendiri yeyin.

20. Həftədə ən çox 2 dəfə qırmızı ət yeyə bilərsiniz.

21. Yaşıl çay, böyürtkən, gicitkən, limon qabığını qarışdırıb qaynadın. Gündə iki fincan için.

22. Heç bir dərmandan istifadə etmirsinizsə, bir stəkan qreypfrut suyu için. Dərman qəbul edirsinizsə, 6 saatdan sonra içə bilərsiniz.

23. Bitki tərkibli nəsə alırsınızsa, internet vasitəsilə əldə etməyin. Nazirliyin təsdiq etdiyi apteklərdən alın.

24. Sintetik yastıq və yorğandan istifadə etməyin. Pambıqdan hazırlanan daha sağlamdır.

25. Mətbəxdə tefal saxlamayın. Yeməkləri şüşə, polad qablarda bişirin.

26. Sintetik xalça sərməyin.

27. Ayaqqabı ilə evdə gəzməyin.

28. Təbii məhsullar yeyin. Ən azından, meyvəni mövsümündə alın.

29. Fəstfud kanserogendir.

30. Acı bibər xərçəngə dərmandır.

31. Həftədə ən az 1 kənd yumurtası yeyin.

32. Alma sirkəsi metabolizmi sürətləndirir. Gündə 1 çay qaşığı için. (Qadınlarda sümük əriməsinə səbəb ola bilər. Diqqət edin!)

33. Hər səhər bir fincan ilıq su için.

34. Quru alça, böyürtkən, çiyələk yeyin.

35. Hovuzlarda istifadə edilən xlor xərçəng mənbəyidir. Çıxdıqdan sonra dərhal duş qəbul edin.

36. İçməli suyu alırsınızsa, 3 aydan bir markasını dəyişin.

37. Qızartma yeməyin, qaynadılmış və buğlama şəklində yeməyə üstünlük verin.

38. Mikrodalğalı sobada yeməyi çox qızdırmayın.

39. Yanmış yeməklər xərçəng mənbəyidir.

40. Diş fırçalayarkən məcunu quru fırçaya batırıb sonra fırçalayın. Ardınca durulayın.

41. Geyimlərin quru təmizlənməyə verilməsi təhlükəlidir.

42. Pomidor təbiidirsə, xərçəngə dərmandır.

43. Almanı qabığı ilə yeyin.

44. Tərəvəz və meyvəni əvvəlcə sirkəli suda, daha sonra təmiz suda yuyun.

45. Brokolye, gül kələmi, ispanaq, kələm, qırmızı turp, qara turp, kök, cəfəri, razyana, tərədən bol şəkildə yeyin.

46. Ən yaşıl, ən sarı, ən qırmızı olan qidaları yeyin.

47. Yaşıl çayı gündüz için.

48. Qara üzüm, qara tut, böyürtkən, ananas yeyin.

49. Çin istehsalı heç nədən istifadə etməyin.

50. Süd yerinə ayran və qatıq istifadə edin.

istinad

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov