Milyarderlərin ən çox sevdiyi şəhər Nyu-Yorkdur.
“Savills” beynəlxalq şirkətinin ekspertləri bu qənaətə gəliblər.
Onların fikrincə, Nyu-Yorkun birinci olması təsadüfi deyil, sözügedən meqapolis ABŞ və dünyada əsas maliyyə və biznes qovşağıdır. Hazırda Nyu-Yorkda 85 milyarder yaşayır.
Milyarder sakinlərin sayına görə ikinci yerdə Honkonq qərarlaşıb. Çinin bu meqapolisində 79 milyarder müntəzəm yaşayır.
Siyahıda ilk üçlüyü isə Moskva tamamlayır. Rusiyanın paytaxtında 78 milyarder qalır.
İlk beşliyə müvafiq olaraq Pekin (61 milyarder) və London (55 milyarder) da daxil olub.(oxu.az)